Vacancies
SS

Satış üzrə Konsultant (Xaricdə Təhsil)

SKo Student

İş şəraiti

• Ünvan: Bakı şəhəri, Çinar Park Biznes Mərkəzi

• İş qrafiki: Həftədə 5 tam iş günü + Şənbə günü (Yarım iş günü)

• Maaş: Fix Maaş + Bonus (Yüksək qazanc imkanı)

İşin Təsviri:

• Daxil olan müştəri sorğularını cavablandıracaq, tələbə və valideynlərlə peşəkar kommunikasiya quraraq satış prosesini tamamlayacaq Satış Konsultantları axtarırıq. Vakansiya üzrə əsas fokus aktiv satış və müqavilələrin bağlanmasıdır.

Əsas Öhdəliklər:

• Şirkət tərəfindən hər gün reklamdan gələn yeni müştərilərə vaxtında zəng etmək və məlumat vermək;

• Ofis daxilində potensial müştərilərlə görüşlər keçirmək, onlara uyğun təhsil istiqamətlərini (Avropa, Çin, Amerika, Kanada və s.) təqdim etmək;

• Müştərilərin etirazları ilə peşəkar şəkildə işləmək və xidmət müqaviləsinin bağlanmasını təmin etmək;

• Şirkətin satış hədəflərini vaxtında yerinə yetirmək.

Namizədə dair tələblər:

• Satış sektorunda (Xaricdə təhsil, dil kursları, turizm, bank/sığorta və s.) minimum 1 il uğurlu iş təcrübəsi;

• Azərbaycan dilində mükəmməl, aydın və inandırıcı danışıq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür);

• Yüksək kommunikasiya bacarığı, müştəri psixologiyasını anlama və satışı bağlamaq xarakteri;

• Komandada işləmək bacarığı və yüksək öyrənmə sürəti (Xaricdə təhsil proqramları işə qəbuldan sonra daxili treninqlərlə öyrədiləcək).

Biz nə təklif edirik?

• Hazır Müştəri Axını: Soyuq zənglər yoxdur, şirkət sizi hər gün reklamdan gələn real və isti müştəri bazası ilə təmin edir;

• Yüksək satış performansı üçün cəlbedici bonus sistemi;

• Müasir və rahat ofis mühiti (Çınar Park Biznes Mərkəzi).

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Satış Konsultantı" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Back