Satış və çağrı mərkəzi üzrə mütəxəssis
166 Xalçayuma xidməti “Satış və çağrı mərkəzi üzrə mütəxəssis” vakansiyası elan edir.
Namizədə tələblər:
• Xanım namizədlər;
• Təcrübə: 1-3 il satış sahəsində (mütləqdir);
• Təhsil: Ali;
• Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis;
• Ofis proqramı bilikləri: MS Word,MS Excel;
• Aydın və dəqiq danışıq qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Müştərilərlə ünsiyyət qurma bacarığı.
Vəzifə Öhdəlikləri:
• Qaynar xəttə daxil olan zənglərin cavablandırılması və sifarişlərin daxili sistemdə qeydiyyata alınması;
• Müştərilərin müraciətlərinin operativ və düzgün şəkildə cavablandırılması;
• Xidmətlər haqqında ətraflı məlumat vermək və müştəriləri düzgün istiqamətləndirmək;
• Müştərilər üçün satış əməliyyatlarını icra etmək və sifarişləri tamamlamaq;
• Mövcud müştərilərlə əlaqələrin qorunması və təkrar satışların təşkili;
• Satış nəticələrinin və müştəri müraciətlərinin gündəlik hesabatının aparılması;
• Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsinə dəstək olmaq.
İş şəraiti:
• İş qrafiki: 6 günlük iş qrafiki;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
• Ünvan: Xırdalan şəhəri.
Uyğun namizədlərdən CV-lərini “Satış və çağrı mərkəzi üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.