Vacancies
RA

Accounts Receivable

Radisson

Radisson Baku Hotelə təcrübəli Accounts Receivable axtarırıq, uyğun fəaliyyət sahəsində təcrübəsi olan namizədi komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifələr:

• Debitor borclarının və ödənişlərin gündəlik uçotunu aparmaq;

• Qonaq və şirkət hesab-fakturalarını yoxlamaq və izləmək;

• Ödənişlərin vaxtında daxil olmasına nəzarət etmək;

• Hesablaşmalar və debitor borclar üzrə hesabatlar hazırlamaq;

• Müvafiq şöbələrlə koordinasiyalı işləmək.

Əsas tələblər:

• Accounts Receivable və ya mühasibatlıq sahəsində iş təcrübəsi mütləqdir;

• 1C proqramında sərbəst işləmək bacarığı;

• Hotelçilik sahəsində iş təcrübəsi üstünlükdür;

• Mühasibatlıq və ya maliyyə sahəsində təhsil;

• MS Office, xüsusilə Excel proqramını yaxşı bilmək;

• Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət bacarığı;

• Diqqətli, məsuliyyətli və analitik düşüncəyə malik olmaq;

• Debitor borcları, ödənişlər və hesab-fakturalarla işləmə bacarığı.

Təcrübəli namizədlər, yuxarıda qeyd olunan vəzifə ilə maraqlananlar Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Back