Anbardar köməkçisi
“Absheron Hospitality Group” MMC “Anbardar köməkçisi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
• Təchizatçıdan gələn məhsulların qəbul edilməsi;
• Məhsulun növü, miqdarı və keyfiyyətinin yoxlanması;
• Məhsulların çeşidinə görə təsnif edilməsi, anbarda səliqə ilə yığılmasının təmin olunması;
• Məhsulların miqdarı barədə məlumatın dəqiq olması üçün müntəzəm sayımların aparılması;
• Müvafiq əməliyyatlara əsasən məhsulların müştəriyə və ya digər bölmələrə təqdim edilməsi;
• Yola salınacaq məhsulların düzgün qablaşdırılması;
• Anbarın hər zaman təmiz və səliqəli saxlanılması;
• Məhsul və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi;
• Malların fiziki olaraq qaldırılması, daşınması, avtomobilə yüklənməsi və ya boşaldılması;
• Uyğunsuzluqlar aşkar edildikdə rəhbərinə məlumat vermək.
Vəzifə üzrə əsas tələblər:
• Müvafiq sahədə 1-2 il təcrübəsinin olması;
• Anbar uçotu sistemləri ilə işləmək bacarığı;
• Barkod və etiket sistemləri ilə işləmə təcrübəsi;
• Məsuliyyətli, dürüst və dəqiq olmaq;
• Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.