Aşpaz
Əsas öhdəliklər:
• Yeni reseptlərin hazırlanması, dad balansının qurulması və sınaq bişirmələrinin həyata keçirilməsi;
• Porsiya ölçülərinin və kalori hesablamalarının müəyyən edilməsi;
• Texnoloji kartların (inqrediyent siyahısı, çəkilər, hazırlanma mərhələləri, saxlanma müddəti) tərtibi;
• Tədarükçülərdən gələn məhsulların keyfiyyətinin və təzəliyinin yoxlanılması;
• Qəbul aktlarının yoxlanılması və anbara düzgün yerləşdirilmənin təmin edilməsi;
• Ət, toyuq və balığın təmizlənməsi, sümüklərdən ayrılması;
• Sousların, şorbaların və yarımfabrikatların öncədən hazırlanması;
• Yeməyin dad, tekstura və görünüş keyfiyyətinə nəzarət etmək;
• Yeməklərin masalar üçün estetik qaydada hazırlanması;
• Şəxsi gigiyena qaydalarına riayət etmək, iş masasının və mətbəx sahəsinin təmiz saxlanılması;
• Mətbəx avadanlıqlarının düzgün və təhlükəsiz istifadə olunması və nasazlıqların vaxtında rəhbərliyə bildirilməsi;
• Məhsul qalığının mütəmadi yoxlanılması;
• İtki və tullantıların minimuma endirilməsi;
• Yeni işçilərin təlimatlandırılması və onların iş bölgüsünün aparılması;
• Köməkçi aşpaz və mətbəx personalının işinin təşkili;
• Qaz, elektrik və digər riskli avadanlıqlarla işləyərkən təhlükəsizlik qaydalarına əməl edilməsi.
Vəzifə üzrə əsas tələblər:
• Müvafiq sahədə 3-4 il iş təcrübəsinin olması;
• İtalyan mətbəxində iş təcrübəsinin olması
• Şikayətlərin peşəkar şəkildə həlli;
• Yaradıcılıq və innovasiya;
• HACCP, gigiyena və sanitariya standartlarını bilmək;
• Təmkinli və nəzakətli ünsiyyət tərzi nümayiş etdirmək;
• Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
“Absheron Hospitality Group” MMC “Aşpaz” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.