Vacancies
DH

Barmen

Dinamo Hotel Baku

Şöbə: Qida və içki

Ünvan: Zərifə Əliyeva küç., 32

İşin Əhatə Dairəsi və Ümumi Məqsədi:

• Qonaqlara yüksək xidmət standartlarına uyğun içki xidməti göstərmək, içkiləri keyfiyyətlə hazırlamaq və barın gündəlik fəaliyyətinin səmərəli təşkilini təmin etmək.

İşin təsviri:

• Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.

• İaşə şöbəsinin menyusunda olan içkilər haqqında məlumatlı olmaq.

• İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.

• Qonaqların içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.

• İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.

• İçkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.

• Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.

• Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək

• Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.

• Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.

• Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.

Namizədə olan tələblər

• Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;

• Müxtəlif iş qrafiklərində işləmək bacarığı;

• Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;

• Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Barman” və ya “Barmen” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Back