Vacancies
TM

Baş mühasib

TWC Management Consulting

Qida istehsalı və distribusiya şirkətinə “baş mühasib” vakant vəzifəsini elan edirik!

İş şəraiti

• İş qrafiki: 6/7

• İş rejimi: Tam iş günü

Əsas vəzifə öhdəlikləri:

• Mühasibat uçotunun qanunvericiliyin və şirkətin daxili prosedurlarının tələblərinə uyğun şəkildə təşkil və idarə olunmasını təmin etmək;

• Mənfəət və zərər haqqında hesabat (P&L / Income Statement), Balans hesabatı (Balance Sheet) və Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Cash Flow Statement) daxil olmaqla maliyyə hesabatlarını hazırlamaq;

• Aylıq, rüblük və illik maliyyə hesabatlarının vaxtında və düzgün hazırlanmasını təmin etmək;

• Mühasibat uçotu məlumatlarının düzgünlüyünü, tamlığını və ardıcıllığını yoxlamaq;

• Bank hesabları, kassa əməliyyatları və digər pul vəsaitlərinin hərəkəti üzrə uçotu aparmaq və üzləşdirmələr həyata keçirmək;

• Debitor və kreditor borclarına nəzarət etmək, borcların hərəkətini və ödənişlərin vaxtında həyata keçirilməsini izləmək;

• Təchizatçılar, müştərilər və digər qarşı tərəflərlə hesablaşmaların uçotunu aparmaq və mütəmadi üzləşdirmələr həyata keçirmək;

• Anbar, xammal, material və hazır məhsul qalıqlarının mühasibat uçotu ilə faktiki qalıqlarının uyğunluğuna nəzarət etmək;

• İnventarizasiya proseslərinin təşkilində və nəticələrinin uçotda əks etdirilməsində iştirak etmək;

• Logo Tiger ERP proqramında mühasibat uçotu, maliyyə və əməliyyat məlumatlarının idarə edilməsini təmin etmək;

• İstehsal, satış, satınalma və anbar əməliyyatlarının maliyyə uçotu ilə düzgün inteqrasiyasına nəzarət etmək;

• İstehsal xərclərini, məhsulun maya dəyərini və digər əməliyyat xərclərini təhlil etmək;

• Xərclərin strukturunu və dinamikasını təhlil etmək, optimallaşdırma imkanlarını müəyyənləşdirmək;

• Mənfəətlilik, likvidlik, pul axını və dövriyyə kapitalı üzrə maliyyə təhlilləri aparmaq;

• Cash Flow Forecast hazırlamaq və faktiki pul axınlarını proqnoz və plan göstəriciləri ilə müqayisə etmək;

• Büdcə və faktiki maliyyə nəticələri arasında fərqləri (*Budget vs Actual*) təhlil etmək və əsas kənarlaşmaları rəhbərliyə təqdim etmək;

• Satış, istehsal, satınalma və inventar üzrə maliyyə və əməliyyat planlaşdırma alətlərinin hazırlanmasını və yenilənməsini təmin etmək;

• Rəhbərlik üçün müntəzəm *Management Report* və maliyyə-əməliyyat hesabatları hazırlamaq;

• Maliyyə və əməliyyat göstəricilərində riskləri, uyğunsuzluqları və potensial problemləri vaxtında müəyyən etmək;

• Aşkar edilmiş maliyyə və əməliyyat problemlərinin aradan qaldırılması üzrə rəhbərliyə təkliflər vermək;

• Daxili nəzarət mexanizmlərinin effektivliyinin təmin edilməsinə və təkmilləşdirilməsinə dəstək olmaq;

• Mühasibat uçotu, hesabatlılıq, planlaşdırma və maliyyə nəzarəti proseslərinin davamlı təkmilləşdirilməsində iştirak etmək;

• Rəhbərliyin maliyyə və əməliyyat xarakterli sorğularını operativ şəkildə cavablandırmaq;

• Maliyyə məlumatlarının məxfiliyini və təhlükəsizliyini qorumaq.

Requirements

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Baş mühasib, mühasib, maliyyə mütəxəssisi və ya maliyyə nəzarəti sahəsində müvafiq iş təcrübəsi;
  • İstehsalat müəssisəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Mühasibat uçotunun əsas prinsipləri və maliyyə hesabatlarının hazırlanması üzrə dərin biliklər;
  • Mənfəət və zərər, balans və pul vəsaitlərinin hərəkəti hesabatlarının hazırlanması və təhlili üzrə praktiki bacarıqlar;
  • Debitor və kreditor borclarının, bank əməliyyatlarının, inventarın və digər mühasibat uçotu sahələrinin idarə edilməsi üzrə təcrübə;
  • Logo Tiger ERP proqramı üzrə peşəkar istifadə bacarığı;
  • Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Maliyyə və əməliyyat məlumatlarının təhlili üzrə güclü analitik bacarıqlar;
  • Büdcə, Cash Flow Forecast və faktiki nəticələrin plan göstəriciləri ilə müqayisəli təhlili üzrə biliklər;
  • İstehsal müəssisələrində maya dəyərinin formalaşması və istehsal xərclərinin uçotu barədə biliklər üstünlükdür;
  • Vergi və mühasibat uçotu üzrə Azərbaycan Respublikasının qanunvericiliyi haqqında məlumatlı olmaq;
  • Yüksək dəqiqlik və detallara diqqət;
  • Güclü problem həll etmə və qərarvermə bacarığı;
  • İşlərin prioritetləşdirilməsi və hesabatların müəyyən edilmiş müddətlərdə hazırlanması bacarığı;
  • Güclü kommunikasiya və koordinasiya bacarıqları;
  • Müstəqil və komanda daxilində işləmək bacarığı;
  • Yüksək məsuliyyət, dürüstlük və peşəkar etika.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Back