Vacancies
SA

Boya Operatoru (Örtük İstehsalat Xətti)

SAMT

İstehsalat prosesində qoruyucu və dekorativ örtüklərin düzgün tətbiqini təmin edəcək, avadanlıqlarla işləməyi bacaran və keyfiyyətə nəzarət edən Boya Operatoru axtarırıq.

Məkan: Sumqayıt, Xızı

Əsas vəzifələr:

• Avtomatik boya xəttini idarə etmək

• Məmulatları konveyerə düzgün yerləşdirmək

• Avadanlıqların (püskürdücü tabancalar, konveyer, ventilyasiya və s.) işinə nəzarət etmək

• Boya miqdarı, rəng və qat qalınlığını standartlara uyğun tənzimləmək

• Səthin hazırlanmasını həyata keçirmək (yağdan təmizləmə, fosfatlama, zımpara və s.)

• Nasazlıqları vaxtında aşkar edib rəhbərliyə bildirmək

• İş sahəsinin təmizliyini qorumaq

• SƏTƏM və təhlükəsizlik qaydalarına riayət etmək

​​​​​​​Tələblər:

• Orta və ya texniki/peşə təhsili

• Minimum 1 il müvafiq iş təcrübəsi (üstünlükdür)

• Boya texnologiyaları (toz boya, sprey boya və s.) üzrə baza biliklər

• Örtük sistemləri və səth hazırlama prosesləri haqqında anlayış

• Avadanlıqlarla işləmə bacarığı

• Təhlükəsizlik və keyfiyyət standartları barədə bilik

• İngilis dili üzrə orta səviyyə üstünlükdür.

​​​​​​​​​​​​​​Təklif edirik:

• Nahar şirkət tərəfindən təmin olunur

• Sığorta təminatı

• Servis/daşınma xidməti təmin olunur

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV və əlaqə məlumatlarını “Boya Operatoru (Örtük İstehsalat Xətti)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Back