Cost Control / Cost Manager (Xərc Nəzarəti üzrə Mütəxəssis)
Əsas vəzifələr:
• Layihələrin büdcələrinin hazırlanması və icrasına nəzarət;
• Material, əmək, texnika və subpodrat xərclərinin izlənilməsi;
• Faktiki xərclərin təsdiq edilmiş büdcə ilə müqayisəsi və kənarlaşmaların müəyyən edilməsi;
• Artıq xərclənmələrin (overbudget) vaxtında aşkarlanması və rəhbərliyə bildirilməsi;
• Layihələrin gəlirlilik və xərc göstəricilərinin təhlili;
• Görülmüş işlərin həcmlərinin, aktların və ödənişlərin yoxlanılması;
• Təchizatçı və subpodratçı ödənişlərinin nəzarətdə saxlanılması;
• Layihə üzrə aylıq Cost Report və digər maliyyə/xərc hesabatlarının hazırlanması;
• Büdcə, faktiki xərc və proqnoz göstəricilərinin təhlili;
• Layihə rəhbərləri, mühasibatlıq, satınalma və digər şöbələrlə koordinasiya;
• Xərclərin optimallaşdırılması və potensial maliyyə risklərinin müəyyən edilməsi;
• Rəhbərliyə layihənin maliyyə vəziyyəti, mənfəətliliyi və mümkün itkiləri barədə mütəmadi məlumat təqdim edilməsi.
Requirements
- Tikinti şirkətində Cost Control, Cost Manager, Project Controls, maliyyə və ya əlaqəli sahədə iş təcrübəsi;
- Tikinti layihələrinin büdcə və xərc strukturunu anlamaq;
- Excel proqramında yaxşı səviyyədə işləmək;
- Büdcə və faktiki xərclərin müqayisəli təhlili bacarığı;
- Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
- Hesabat hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək bacarığı;
- Material, subpodrat və əmək xərcləri üzrə anlayış;
- ERP/mühasibatlıq proqramları ilə işləmə təcrübəsi arzuolunandır;
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.