Vacancies
PL

Dövlət Satınalmaları: Qanunvericilik və Praktiki Tətbiq Təlimi

PRO LOG Training Center

Dövlət satınalmaları sahəsində biliklərinizi yeniləmək və praktiki bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz?

Hazırda tətbiq olunan “Dövlət Satınalmaları haqqında” Qanun satınalma proseslərinin təşkili və həyata keçirilməsi ilə bağlı mühüm qaydaları müəyyən edir. Qanunvericiliyin tələblərini düzgün anlamaq və onların praktikada tətbiqini bilmək həm satınalan təşkilatlar, həm də tenderlərdə iştirak edən təchizatçılar üçün vacibdir.

Bu təlim yalnız nəzəri məlumatlarla məhdudlaşmır. Təlim zamanı etender.gov.az portalında real satınalma prosesləri praktiki şəkildə izah edilir və iştirakçılar prosesin əsas mərhələləri ilə addım-addım tanış olurlar.

Təlim proqramında:

• “Dövlət Satınalmaları haqqında” Qanunun əsas müddəaları və praktiki tətbiqi

• Nazirlər Kabinetinin müvafiq qərarları

• Ehtimal olunan qiymətin hesablanması

• Tələb olunan iş həcminin müəyyənləşdirilməsi və sənədlərin hazırlanması

• etender.gov.az portalında satınalan tərəfin həyata keçirdiyi proseslər

• Şərtlər toplusunun hazırlanması və elanın yerləşdirilməsi

• Təkliflərin qiymətləndirilməsi

• Yekun protokolun hazırlanması

• Satınalma müqavilələrinin növləri və hazırlanması

• Təchizatçı qismində tenderlərdə iştirak

• Sənədlərin toplanması və uyğunluq tələbləri

• Tender prosesində danışıqların aparılması

Təlimçi - Tural İsgəndərov

• IV Yüksəliş Müsabiqəsinin finalçısı və Dövlət İmtahan Mərkəzinin ekspert təlimçisi.

Təlim haqqında

• Müddət: 24 saat

• Format: Onlayn və oflayn

• İmtahan formatı: Test və keys tapşırığı

• Sertifikat: Nəticəyə uyğun olaraq təqdim edilir

Kimlər üçün uyğundur?

• Dövlət qurumlarında satınalma sahəsində çalışanlar

• Satınalma mütəxəssisləri

• Təchizatçı şirkətlərin nümayəndələri

• Tenderlərdə iştirak edən və ya iştirak etmək istəyən şəxslər

• Dövlət satınalmaları sahəsində fəaliyyətə başlamaq istəyənlər

Ətraflı məlumat və qeydiyyat +994 55 203 13 03

Maraqlanan namizədlər öz müraciətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya linkə daxil olub https://wa.me/994552030313 göndərə bilərlər.

Back
PL
Dövlət Satınalmaları: Qanunvericilik və Praktiki Tətbiq Təlimi
PRO LOG Training Center
Apply Now
Posted: 14 August 2026
Deadline: 14 September 2026
Source ID 148543
Views

Detail.Share