Vacancies
AZ

Duty admin (İT Mütəxəssisi)

Azericard

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: İnformasiya texnologiyaları üzrə mütəxəssis Duty admin (İT Mütəxəssisi)

Vəzifəyə olan tələblər:

• Ali təhsil (texniki təhsil arzu olunandır);

• IP şəbəkə, Cisco Avadanlıq üzrə ( Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists ) VMWare (VM və Hostların tətbiq olunması), Linux ( Şəbəkə interfeyslər, LVM, Redhat üzrə əsas conf- faylar və servislər ), Windows Server ( AD, DHCP, DNS ) üzrə başlanğıc biliklər və iş təcrübəsi;

• İT sahəsində 1 ildən artıq iş təcrübəsi;

• İşçilərin texniki dəstəyi;

• İngilis və Rus dili bilikləri;

• Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsi;

• Verilmiş tapşırıqların həllinə kreativ yanaşma;

• Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli.

Responsibilities

  • Şirkətin fəaliyyətində istifadə olunan sistemlərinin fəaliyyətinə nəzarət etmək;
  • İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq  qurmaq və həyata keçirtmək;
  • Şirkətdə istifadə olunan avadanlıqlarının işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görmək;
  • Şirkətin əməkdaşlıq etdiyi təşkilatların (Banklar və xidmət göstərən şirkətlər) işçiləri tərəfindən yaranmış problem məsələləri həll etmək üçün operativ tədbirlər görmək;
  • Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirtmək, onların təhlilini aparmaq və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırmaq;
  • İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat vermək;
  • İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini (informasiyaya icazəsiz girişdən müdafiə, sistem faylların və məlumatın baxış və ya dəyişdirilməsindən müdafiə) təmin etmək.
  • Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
  • Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
  • Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).
Back