Vacancies
GM

Elektrik

GFC MMC

İşəgötürən: “GFC” MMC,  KFC, PH, Simit Sarayı restoranların şəbəkəsi

Namizədə aid tələblər:

• Azərbaycan dili üzrə biliklər;

• Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

• Elektrik ixtisası üzrə xüsusi texniki təhsil, ən azı 4-cü elektrik dərəcəsi;

• Müvafiq vəzifədə 4 ildən az olmayaraq iş təcrübəsi;

• BC kateqoriyalı sürücülük vəsiqəsi;

• Komandada işləmək bacarığı;

• Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

• Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması, modul və komponent səviyyəsində təmiri;

• Restoranda olan elektrik, texniki avadanlığa və digər elektrik cihazlara xidmət göstərir, onların profilaktikasını və təmir işlərini görür;

• Restoranda sıradan çıxmış elektrik lampalarının dəyişilməsi və tələb olunan digər elektrik işlərini yerinə yetirir;

• Avadanlığın və elektrik şəbəkəsinin fasiləsiz işləməsini və düzgün istismar olunmasını mütəmadi yoxlayır;

• Avadanlığının iş şəraitini öyrənir, onun vaxtından tez köhnəlməsinin səbəblərini aşkar edir, elektrik enerjisi itkilərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür;

• Elektrik avadanlıqların təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməli və onlara ciddi riayət etməli;

• Avadanlıqların texniki servisi, profilaktik və plandanxaric təmirinin təşkili və həyata keçirilməsi;

• Bütün təmir işlərinin həyata keçirilməsi üçün zəruri materiallarla əlaqədar sifarişlərin verilməsində iştirak edir.

İş şəraiti:

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• 6 günlük iş rejimi;

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Elektrik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Back