Vacancies
AP

ERP Konsultant

Apertech

Əsas vəzifələr

• Müştərilər tərəfindən ERP sistemində daxil olan müraciətləri qəbul etmək, analiz etmək və həll etmək;

• Müştərinin biznes tələblərini müəyyənləşdirmək və ERP sistemində uyğun həllər təklif etmək;

• ERP sisteminin `HR, maliyyə, anbar, satınalma, satış və digər modulları üzrə istifadəçilərə dəstək göstərmək;

• İstifadəçilər üçün təlimlər keçirmək və təlimat sənədləri hazırlamaq;

• ERP sistemində yaranan texniki və funksional problemlərin araşdırılmasında iştirak etmək;

• Sistem üzrə testlərin aparılması, yeni funksionallıqların tətbiqi və dəyişikliklərin yoxlanılmasını həyata keçirmək;

• Layihə komandası və proqram təminatı üzrə developer/QA əməkdaşları ilə koordinasiyalı işləmək;

• Müştəri tələblərini texniki komandaya düzgün şəkildə çatdırmaq və icra prosesini izləmək;

• Mövcud biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər vermək;

• Sistem yenilənmələri və dəyişiklikləri ilə bağlı istifadəçiləri məlumatlandırmaq.

Requirements

  • ERP sistemləri üzrə minimum 1 il iş təcrübəsi;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Müştərilərlə effektiv ünsiyyət və təqdimat bacarığı;
  • MS Office, xüsusilə Excel proqramı ilə yaxşı işləmək bacarığı;
  • Azərbaycan dili — əla, rus və ingilis dilləri — üstünlükdür.
  • Ali təhsilli olması üstünlükdür;
  • Üstünlük hesab olunur
  • ERP layihələrinin tətbiqi və müşayiəti üzrə təcrübə;
  • SQL və hesabatların hazırlanması üzrə bilik;
  • BI alətləri ilə işləmək bacarığı;
  • Proqramlaşdırma və ya script yazmaq üzrə ilkin bilik;
  • ERP sistemlərinin müxtəlif modulları üzrə praktiki təcrübə;
  • Biz nə təklif edirik?
  • Karyera inkişafı imkanları;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • ERP layihələrində iştirak və praktiki təcrübə;
  • Dinamik və peşəkar iş mühiti;
  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
  • Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Mövzu yerində ERP Konsultant yazıb CV göndərərək müraciət edə bilərlər.
Back