Vacancies
NW

Həcm üzrə mühəndis (Qarabağ, dəmir-beton, incə işlər)

North West

Responsibilities

  • Dəmir-beton, fit-out və infrastruktur işləri üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması və smetaların hazırlanması
  • Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi və təhlili
  • Aşkar olunmuş fərqlərin müəyyən edilməsi, səbəblərinin araşdırılması və zəruri düzəlişlərin aparılması
  • Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yerində və sənəd üzrə yoxlanılması
  • Sertifikatlar və icra sənədləri əsasında həcmlərin düzgünlüyünün təsdiqlənməsi
  • Həcm cədvəllərinə uyğun çertyojların hazırlanması, yenilənməsi və layihə sənədlərinə əlavə edilməsi
  • Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların operativ şəkildə korrektə edilməsi
  • Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • Layihə komandası, dizayn və sahə mühəndisləri ilə koordinasiyanın təmin edilməsi
  • İş prosesində səmərəliliyin artırılması və risklərin minimallaşdırılması üçün təkliflərin verilməsi

Requirements

  • Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
  • Minimum 5 il tikinti layihələrində, xüsusilə həcm və smeta üzrə iş təcrübəsi
  • AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı
  • Tikinti işləri, materiallar və texnologiyalar üzrə güclü praktiki bilik
  • Smeta tərtibi və həcmlərin hesablanması üzrə dərin anlayış
  • Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı
  • Təzyiq altında işləmək və vaxtında nəticə əldə etmək bacarığı
  • Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına  “Həcm üzrə mühəndis (Qarabağ, dəmir-beton) başlığı ilə göndərməklə edə bilərsiniz.
Back
NW
Həcm üzrə mühəndis (Qarabağ, dəmir-beton, incə işlər)
North West
Apply Now
Posted: 07 August 2026
Deadline: 07 September 2026
Company North West
Source ID 147911
Views

Detail.Share