Vacancies
KH

İnfluencer üzrə menecer

Kontakt Home

Təsvir

• Brendin hədəf auditoriyasına uyğun mikro, makro və mega influencerlərin araşdırılması və siyahıya alınması;

• Sosial media platformalarında (Instagram, TikTok, YouTube və s.) trendlərin izlənməsi və yeni simaların müəyyənləşdirilməsi;

• Influencerlərlə ilkin əlaqənin qurulması, əməkdaşlıq şərtlərinin təqdim olunması və razılaşdırılması;

• Davamlı və peşəkar münasibətlərin qurulması, uzunmüddətli əməkdaşlıqların təşviqi;

• Influencerlərin paylaşdığı məzmunların brendin imicinə və mesajına uyğunluğunun yoxlanılması;

• Əlaqədar qaydaların və reklam etikası prinsiplərinin qorunmasına nəzarət edilməsi;

• Brend kampaniyalarına uyğun olaraq influencerlərlə strategiyanın hazırlanması;

• Məzmun planının hazırlanması və təsdiqi (vizual və tekst);

• Kampaniyanın icrasına nəzarət edilməsi və keyfiyyətə zəmanət verilməsi;

• Kampaniya sonrası statistik məlumatların toplanması (reach, engagement, view, klik sayı, satışa təsir və s.);

• Effektivlik analizləri və ROI hesabatlarının hazırlanması;

• Büdcənin planlaşdırılması və idarə edilməsi;

• Influencer əməkdaşlıqları üçün ayrılmış büdcənin səmərəli idarə olunması;

• Ödəniş müqavilələrinin hazırlanması və icrasına nəzarət edilməsi;

• Daxili marketinq komandası, kreativ komanda və ya müştəri ilə koordinasiyalı şəkildə işləməsi.

Requirements

  • Ali təhsil (Marketinq, PR, Jurnalistika, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
  • Influencer marketinq sahəsində 1–3 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, ingilis və rus dili biliyi arzuolunandır;
  • Instagram, TikTok, YouTube və digər sosial media platformaları, onların alqoritmləri və trendləri üzrə yaxşı bilik;
  • Influencerlərin araşdırılması, seçilməsi və müxtəlif influencerlərlə paralel işləmə bacarığı;
  • Influencerlərlə və brendlərlə etik, peşəkar ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Kontent planlaşdırma, sosial media strategiyası və brend tonuna uyğun ssenari hazırlama üzrə baza biliklər;
  • Influencer kontentinin çəkiliş prosesinin koordinasiyası və nəzarəti;
  • Brif və e-mail hazırlamaq, yazılı və şifahi kommunikasiya bacarığı;
  • Google Sheets/Excel, Outlook və Meta Business Suite proqramlarından istifadə bacarığı;
  • Analitik düşüncə, rəqəmlərlə işləmə, kampaniya nəticələrini ölçmə və hesabat hazırlama bacarığı;
  • Layihələrin və tapşırıqların sistemli idarə edilməsi, vaxtın planlaşdırılması və prioritetləşdirilməsi bacarığı;
  • Yüksək vizual zövq, kontent estetikası və detallara diqqət;
  • Kreativ və innovativ düşüncə, təşəbbüskarlıq və sosial trendləri tez mənimsəmə bacarığı;
  • Müstəqil işləmə və komanda ilə koordinasiyalı əməkdaşlıq bacarığı;
  • Nəticəyönümlü yanaşma, məsuliyyətlilik və stressə davamlılıq;
  • Dəyişkən qrafikə, qısa müddətli tapşırıqlara və eyni anda bir neçə layihənin idarə edilməsinə uyğunlaşma bacarığı;
  • Digital Marketing və ya Social Media üzrə əlavə sertifikatların olması üstünlükdür.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back