Vacancies
EC

Korporativ satış üzrə mütəxəssis (B2B)

Ecopress

İş barədə məlumat:

• Məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;

• B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək;

• Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;

• Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;

• Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;

• Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;

• Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;

• Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;

• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;

Requirements

  • Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
  • Ümumi satış təcrübəsi 3-5 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan və Rus dili mükəmməl səviyyədə (mətnlərin hər dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
  • Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
  • Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.
  • İş şəraiti:
  • İş saatı 09:00-18:00-dək
  • Həftədə 5 günlük iş qrafiki .
  • Nahar vaxtı 13:00-14:00-dək
  • Əmək haqqı: 900-1000 (+ bonus) AZN
  • Yaş: 28-40
  • Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Korporativ satış üzrə mütəxəssis (B2B)” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Ünvan: Nəsimi ray., Xətai pr., 34 LUXEN PLAZA 1-ci bina 16 mərtəbə.
  • Vebsayt: www.ecopress.com
Back