Nəqliyyat operatoru
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
• Ali təhsilli olması;
• Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
• Səlis azərbaycan dili bilikləri;
• Komandada işləmək bacarığı;
• Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
• Nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi və nəzarəti üzrə bacarıqlar;
• AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
• Nəqliyyat vasitələrinin vaxtında yüklənməsinə və müəyyən edilmiş marşrut üzrə hərəkətə başlamasına nəzarət edilməsi;
• Sürücülərin işə gəliş-gedişinə, iş rejiminə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət edilməsi;
• Nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinin operativ şəkildə izlənilməsi və müəyyən edilmiş qrafikdən kənarlaşmalara nəzarət edilməsi;
• Marşrutlarda yaranan gecikmələrin, dayanma və digər uyğunsuzluqların müəyyən edilməsi, səbəblərinin araşdırılması və aidiyyəti şəxslərin məlumatlandırılması;
• Çatdırılma prosesinin müəyyən edilmiş vaxt qrafikinə uyğun və fasiləsiz həyata keçirilməsinin təmin edilməsi;
• Yükləmə və boşaltma proseslərinin müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsinin izlənilməsi;
• Sürücülərin təhlükəsizlik qaydalarına, yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət etməsinin təmin edilməsi;
• Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı məlumatların izlənilməsi və aşkar edilmiş problemlər barədə aidiyyəti struktur bölmələrinin məlumatlandırılması;
• GPS monitorinq sistemi vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinin real vaxt rejimində izlənilməsi və marşrutdan kənarlaşmaların müəyyən edilməsi;
• Nəqliyyat vasitələri üzrə tətbiq edilmiş cərimələrin mütəmadi izlənilməsi, səbəblərinin araşdırılması və müvafiq məlumatların qeydiyyata alınması;
• Kamera və sensor sistemlərindən daxil olan məlumatların izlənilməsi, təhlil edilməsi və tələb olunan hesabatların təqdim edilməsi;
• Yol hərəkəti qaydalarının pozulması, sürət həddinin aşılması, icazəsiz dayanma və digər riskli halların müəyyən edilməsi üçün monitorinq indikatorlarına nəzarət edilməsi;
• Nəqliyyat vasitələrinin hərəkəti, marşrutların icrası, gecikmələr və pozuntular üzrə gündəlik məlumatların qeydiyyatının aparılması və hesabatlılığın təmin edilməsi.
İş şəraiti:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv;
• İş rejimi - 6 günlük.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəqliyyat operatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.