Vacancies
A-

Network Administrator

Agro - West DC LLC

İş haqqında məlumat

• LAN, WAN, VPN və Wi-Fi infrastrukturunun layihələndirilməsi, idarə olunması və fasiləsiz işləməsinin təmin edilməsi;

• Switch, firewall və digər şəbəkə avadanlıqlarının (Cisco L2/L3, HP, FortiGate) quraşdırılması, idarə olunması və optimallaşdırılması;

• Cisco ISE – NAC sisteminin idarə olunması;

• FortiManager sisteminin idarə olunması;

• Korporativ Wi-Fi şəbəkələrinin idarəsi və optimizasiyası (Ubiquiti UniFi, Mikrotik);

• Şəbəkə təhlükəsizliyi həllərinin tətbiqi: FortiGate firewall qaydaları, VPN-lər, IDS/IPS, təhlükəsizlik siyasətlərinin həyata keçirilməsi;

• FortiAnalyzer üzərindən şəbəkə və təhlükəsizlik loglarının monitorinqi və təhlili;

• Zabbix və digər monitorinq sistemləri vasitəsilə şəbəkə performansının izlənməsi və proaktiv tədbirlərin görülməsi;

• Disaster recovery və backup planlarının hazırlanması və icrası;

• İstifadəçilərə texniki dəstək göstərilməsi və problemlərin operativ həlli;

• Şəbəkə infrastrukturuna aid sənədləşmələrin hazırlanması və yenilənməsi (topologiya diaqramları, konfiqurasiya faylları, hesabatlar);

• Yeni texnologiyaların izlənməsi və infrastrukturun inkişafı üçün təkliflərin hazırlanması.

Requirements

  • İnformasiya texnologiyaları sahəsində ali təhsil;
  • Şəbəkə inzibatçılığı sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • TCP/IP, DNS, DHCP, VLAN, Routing, Switching və VPN texnologiyaları üzrə möhkəm biliklər;
  • Cisco, Mikrotik və FortiGate şəbəkə və təhlükəsizlik avadanlıqları ilə iş təcrübəsi;
  • Ubiquiti UniFi və Mikrotik wireless texnologiyaları üzrə bilik və praktiki təcrübə;
  • Zabbix və FortiAnalyzer ilə monitorinq və analiz sahəsində biliklər;
  • Linux və Windows Server əməliyyat sistemlərində işləmə bacarığı;
  • Məlumat təhlükəsizliyi standartları üzrə biliklər — üstünlükdür;
  • CCNA, CCNP (arzuolunan), Fortinet NSE (xüsusilə NSE4), CompTIA Network+ və digər beynəlxalq sertifikatlar — üstünlük hesab olunur;
  • Analitik düşünmə, problem həll etmə və sənədləşmə bacarıqları;
  • Komanda ilə işləmək və güclü ünsiyyət bacarığı;
  • Ehtiyac yarandıqda filiallara və ezamiyyətlərə getmək imkanı.
  • İş şəraiti
  • İş qrafiki: 09:00 – 18:00;
  • İş günləri: 5 günlük iş həftəsi (şənbə–bazar istirahət);
  • Şirkət tərəfindən nahar təmin olunur;
  • İş yeri: Bakıxanov qəs., B. Bünyadov küç. 12;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək.
  • Tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Network Administrator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Back