Vacancies
FG

Problemli kreditlər üzrə təcrübə proqramı

FinCol Group MMC

FinCol Group MMC olaraq komandamıza Problemli Kreditlər Təcrübə Proqramı üçün məsuliyyətli, öyrənməyə həvəsli və maliyyə sektorunda karyera qurmaq istəyən şəxsləri dəvət edirik.

Bu proqram çərçivəsində iştirakçılar problemli kreditlərin idarə olunması üzrə praktiki bilik və real iş təcrübəsi əldə edəcəklər.

Əsas vəzifələr

• Problemli kredit portfelinin idarə olunması proseslərində iştirak etmək;

• Kredit borclarını təhlil etmək;

• Borcalanlarla telefon və digər kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaq;

• Borcalanların ödəniş imkanlarının araşdırılmasında iştirak etmək;

• Kredit borclarının bərpası və ödənişlərin təmin edilməsi üzrə işlərdə iştirak etmək;

• Kredit portfeli üzrə məlumatların hazırlanması və təhlilinə dəstək olmaq;

• Gündəlik hesabatların və digər iş sənədlərinin hazırlanmasında iştirak etmək;

• Şirkətin daxili prosedur və iş prinsiplərini öyrənmək və tətbiq etmək.

Requirements

  • Ali təhsil və ya son kurs tələbəsi olmaq;
  • Maliyyə, iqtisadiyyat, bank işi, mühasibatlıq və ya əlaqəli sahələrə maraq;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
  • MS Office, xüsusilə Excel proqramından istifadə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Öyrənməyə və inkişaf etməyə yüksək motivasiya;
  • Komandada işləmək bacarığı.
  • Sizə nə təklif edirik?
  • 1–3 aylıq ödənişli təcrübə proqramı;
  • Problemli kreditlərin idarə olunması üzrə praktiki təcrübə;
  • Real kredit portfeli ilə işləmək imkanı;
  • Peşəkar komandadan öyrənmək və inkişaf etmək imkanı;
  • Maliyyə və bank sektorunda karyeraya güclü başlanğıc.
  • Karyera Imkanı
  • Təcrübə proqramı ərzində işi tam mənimsəyən, verilən tapşırıqları uğurla yerinə yetirən və özünü doğruldan şəxslərlə mütəxəssis vəzifəsi üzrə əmək müqaviləsi bağlanılacaq.
  • Bu proqram yalnız təcrübə deyil — uğurlu namizədlər üçün daimi karyera imkanının başlanğıcıdır.
  • İş şəraiti
  • İş günləri: 5 günlük iş həftəsi
  • İş saatları: 09:00 – 18:00
  • Rəsmi bayram günləri: Tətil
  • Proqram haqqında
  • Şirkət: FinCol Group MMC
  • İş yeri: Bakı
  • Ünvan: S.S. Axundov küç. 8, Azadlıq metrosunun və Zümrüd Restoranının yanı
  • Proqram müddəti: 1–3 ay
  • Proqram: Ödənişli
  • Karyera imkanı: Uğurlu iştirakçılarla mütəxəssis vəzifəsi üzrə əmək müqaviləsi bağlanılacaq.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: Problemli Kreditlər Təcrübə Proqramı
  • FinCol Group MMC — karyerana doğru ilk addımı bizimlə at!
Back
FG
Problemli kreditlər üzrə təcrübə proqramı
FinCol Group MMC
Apply Now
Posted: 08 August 2026
Deadline: 08 September 2026
Source ID 148203
Views

Detail.Share