Vacancies
AV

Qrafik Dizayner

Avrora

Əsas vəzifə öhdəlikləri:

• Premium beynəlxalq brendlər üçün reklam və marketinq materiallarının hazırlanması;

• Çap məhsulları, POSM materialları, açıq hava reklamları və rəqəmsal platformalar üçün dizaynların hazırlanması;

• Dizayn fayllarının çapa və istehsalata uyğun şəkildə hazırlanması;

• Beynəlxalq brend materiallarının yerli bazara uyğunlaşdırılması;

• Brend menecerləri, marketinq şöbəsi və podratçılarla sıx əməkdaşlığın həyata keçirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

• Adobe Photoshop və Adobe Illustrator proqramlarını yüksək səviyyədə bilmək;

• Adobe InDesign və Adobe After Effects proqramlarını bilmək arzuolunandır;

• Kompozisiya, tipoqrafiya və çap üçün faylların hazırlanması prinsiplərini bilmək;

• Detallara diqqət, yüksək estetik zövq və məsuliyyətlilik;

• Rus dilini yaxşı səviyyədə bilmək.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

• Təhsil:Ali;

• İş təcrübəsi: Qrafik dizayner kimi minimum 5 il iş təcrübəsi.

İş şərtlərimiz:

• İş qrafiki: Tam iş günü (5 gün);

• İş saatları: 08:00-17:00;

• İş yeri: Aşıq Molla Cümə 46c

Biz nə təklif edirik:

• Əmək bazarında rəqabətli əməkhaqqı;

• Peşəkar komanda mühiti;

• Nahar;

• Şirkət hesabına korporativ nömrə;

• Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Qrafik Dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Back