Restoran Meneceri
İş yeri: Gəncə şəhəri
Vəzifə öhdəlikləri:
• Restoranın fasiləsiz fəaliyyətinin təşkili
• Müştəri məmnuniyyətini təmin etmək
• Standartların tələblərinə riayət edilməsinə nəzarət
• Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət
• Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi
• İşçi heyətinin seçilməsi, təlimatlandırılması
• İş bölgüsünün düzgün aparılmasına nəzarət
• İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
• Heyətin davamiyyət cədvəllərinin tərtibi və nəzarət
• İş yerində qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət.
• Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.
• Kassa əməliyyatlarına nəzarət
• Anbar sayımlarına nəzarət
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil
• İş təcrübəsi: Restoran sahəsində menecer vəzifəsində minumum 3 il iş təcrübəsi
• Vakansiya Gəncə şəhərində yaşayış yeri olan namizədlər üçündür
• Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti
• Detallara diqqət etmək bacarığı
• Əmək intizamına riayət etmək
• Kollektivdə işləmək bacarığı;
• MADO konseptinə uyğun restoranlarda iş təcrübəsi
• Kompüter bilikləri: MS Office
• Dil bilikləri: Rus dili və ya İngilis dili arzuolunandır
• Bakı şəhərinə ezamiyyətlərə hazır olmalıdır
İş şəraiti:
• İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki
• İstirahət günü: həftədə 1 gün
• Qidalanma şirkət tərəfindən təmin olunur
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə
• Əmək haqqı: müsahibə əsasında
Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Restoran meneceri” yazıb Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV göndərməsi xahiş olunur.