Vacancies
XB

Risklərin İdarə edilməsi İdarəsinin Əməliyyat riski şöbəsinin böyük/baş mütəxəssisi

Xalq Bank

Təsvir

• Yaradılan və təkmilləşdirilən bank məhsulları və biznes proseslərə dair risk yönümlü qiymətləndirmə istiqamətində dəstəyin verilməsi;

• Layihələrin analizi zamanı yarana biləcək potensial riskləri müəyyən etmək və rey /report hazırlanmasını təmin etmək;

• Risk idarə etmə proseslərinin digər bankdaxili proseslər ilə birgə effektiv çalışma yanaşmalarının mexanizmlərinin müəyyən edilməsi və aidiyyati strukturlar ilə razılaşdırılması;

• Müvafiq məhdul ,proses və qaydalar üzrə sənədlərə risk yönümlü rəylərin verilməsi;

• Risk / Nəzarət funksiyasının fəaliyyəti ilə bağlı təkliflərin verilməsi və həmin təkliflərin müzakirə edilməsində iştirak etmək;

• Əməliyyat risklərinin idarə edilməsi prosesində (KRİ) risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması /eyni zamanda təkmilləşdirmə işlərinin aparılması istiqamətində təkliflər vermək

• RCSA, KRI, KCI, Risk Reyestri hazırlanmasında yaxından iştirak.

• Risklərin qiymətləndirilməsi, azladılması və qalq risk nəticəsi barədə hesabatların hazırlanması

• Bankın məhsul və xidmətlərinin təhlili;

• Risklərin müəyyən olunması,qiymətləndirilməsi və idarə olunması üzrə təkliflərin verilməsi;

• Vəzifə öhdəliklərinin icrası ilə bağlı digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətgöstərmək.

Requirements

  • Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
  • Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • İngilis dili biliyi mütləqdir;
  • Bank sahəsində müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • BI və Data analitika bilikləri arzuolunandır;
  • Əməliyyat riski üzrə hesabatların hazırlanması üzrə təcrübə və ya biliklər;(Risk/İnsidentleri,İstilik xəritəsi,təsir və ehtimal hesablanması və s )
  • Əməliyyat riskləri üzrə ssenari analizi, Stress-testləşdirmə və əməliyyat risklərin modelləşdirilməsi üzrə biliklər;
  • Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər arzuolunandır;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Analitik düşünmə və tədqiqat bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back
XB
Risklərin İdarə edilməsi İdarəsinin Əməliyyat riski şöbəsinin böyük/baş mütəxəssisi
Xalq Bank
Apply Now
Posted: 28 July 2026
Deadline: 28 August 2026
Company Xalq Bank
Source ID 147057
Views

Detail.Share