Vacancies
MG

Satış məsləhətçisi (elektronika)

My Group Holding MMC

Vəzifələr və məsuliyyətlər

• Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.

• Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək

• Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.

• Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.

• Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.

• Müştəri şikayət və sorğularını cavablandırmaq.

• Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.

• Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

• Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.

• Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.

Tələb edilən bacarıqlar və təhsil

• Orta ixtisas təhsilli.

• Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.

• Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.

• Azərbaycan və rus dilləri sərbəst,  ingilis dilini bilmək üstünlükdür.

• 1C proqramında işləmə bacarığı.

• Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.

• Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.

• Problemləri həll etmə və qərarvermə bacarığı.

• Komanda ilə işləmə və təşəbbüskarlıq.

İş saatları və əmək şərtləri

• Əmək haqqı: 600 AZN (+ bonus)

• İş qrafiki: Növbəli iş qrafiki.

• İş yeri: Babək prospekti və Süleyman Vəzirov küçəsi kəsişməsi, Ağ Şəhər, City Park Mall.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi (City Park Mall)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Back