Satış təmsilçisi
Müəssisənin adı: Amper elektrik MMC
Departamentin adı: Kommersiya
Tabe olduğu vəzifənin adı: Mağaza müdiri
Əmək funksiyaları:
• Mağazaya daxil olan müştəriləri qarşılayır və ilkin məlumatlandırmanı həyata keçirir.
• Gündəlik olaraq daxil olan zənglərin qəbul edilməsini həyata keçirir.
• Müştərilərdən sifarişləri qəbul edir.
• Müştəri sifarişləri əsasında qiymət təkliflərini hazırlayır və təqdim edir.
• Sifarişlərə uyğun olaraq qaimə əsasında anbardan məhsulların təhvil verilməsini təmin edir.
• Müştərilərdən daxil olan sifarişləri 1C proqramına işləyir.
• Sədərəkdə mövcud olmayan məhsulların təhvil verilməsi üçün müştəriləri digər anbarlara yönləndirir.
• Müştərilərlə mütəmadi olaraq (2 həftədə bir) hesablaşmalar aparır, uyğunsuzluq aşkar edildikdə mühasibatlığa yönləndirir.
• Gecikən borclarla bağlı müştərilərlə əlaqə saxlayır, problemli hallarda rəhbərliyə məlumat verir.
• Stoku azalmış məhsullar barədə anbardara məlumat verir (dəstək məqsədilə).
• Yeni müştərilərlə münasibətlərin qurulmasını təmin edir.
• Müştəri məmnuniyyətinin qorunmasını təmin edir.
• Stokda olmayan məhsullarla bağlı müştərilərə alternativ məhsullar təklif edir.
• Müştərinin sifarişinə uyğun olaraq yan və əlavə məhsullar təklif edir.
• Ayda iki dəfə özünə təhkim olunmuş müştərilərin borclarını analiz edir, müştəriləri məlumatlandırır və ödənişlərin alınmasını təmin edir.
• Ehtiyac olduqda anbardan məhsulların yığılmasında iştirak edir (anbardara dəstək məqsədilə).
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir
Təhsil tələbləri:
• Orta təhsil
Staja dair tələb:
• 1 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər:
• 1C
• Microsoft Office
İxtisas səriştələri:
• Ünsiyyət qabiliyyəti
• Etirazlarla işləmək bacarığı
• Təqdim etmə bacarığı
• Məhsullar haqqında məlumatlılıq
• Satış texnikaları
• Sertifikat və lisenziya
• Məhsullar haqqın məlumatlılıq
• Satış texnikaları-üstünlükdür
• Etirazlarla iş-üstünlükdür
• Dil bilikləri: Azərbaycan dili
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.