Satış üzrə nümayəndə
Almaniyanın “Heel” şirkətinin preparatlarının satışı üzrə Satış üzrə nümayəndə axtarılır!
Əsas tələblər:
• Ali təhsil (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini bitirənlər və BDU - Biologiya, Kimya ixtisası, ADPU - Biologiya, Kimya ixtisasları üzrə bitirənlər)
• Yaş həddi: 21 – 50;
• Xarici görünüş və geyim səliqəli olmalı;
• Komandada işləmək bacarığı;
• Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
• Səlis və aydın nitq, yüksək ünsiyyət qabliyyəti, sistemli təqdimat və inandırma bacarığı
• Qeyd: Namizəd işə qəbul olunduqdan sonra 1 həftə nəzəri, 1 həftə praktiki təlim keçəcək. Təlim müddətində şirkətin məhsulları, satış prosesi və iş prinsipləri ilə bağlı zəruri bilikləri təqdim olunacaq və praktiki bacarıqları formalaşdırılacaq.
Responsibilities
- Şirkətin preparatlarını təyin olunmuş ərazi üzrə tibbi müəssisələrindəki həkimlərə və apteklərə tanıtmaq;
- Şirkətə məxsus olan preparatların təqdimatını və satışını həyata keçirmək;
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
- Seminar və prezentasiyaları təşkil etmək və keçirmək;
- Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
- Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək;
- Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;
- İş şəraiti:
- İş qrafiki: 5 gün, saat 09:30 -18:00;
- İstirahət: Şənbə və bazar günləri;
- Əmək haqqı: 600-1200 Azn
- Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Satış üzrə nümayəndə” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.