Vacancies
GM

Sistem Administratoru

Global Management

İş barədə məlumat:

• Şirkətin server və şəbəkə infrastrukturunun idarə olunması və daim işlək vəziyyətdə saxlanılması;

• İT avadanlıqlarının (kompüter, printer, şəbəkə cihazları və s.) sazlanması və problemlərin aradan qaldırılması;

• İstifadəçilərə texniki dəstəyin göstərilməsi (hardware/software);

• Məlumatların ehtiyat nüsxələrinin (backup) mütəmadi aparılması və təhlükəsizliyinin təmin olunması;

• Şəbəkə və sistemlərdə yaranan nasazlıqların vaxtında aradan qaldırılması;

• İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunması.

• İş yeri: Winter park plaza (ofisdən)

Requirements

  • Ali təhsil (informasiya texnologiyaları və ya oxşar sahə üzrə üstünlük verilir);
  • Sistem administratoru və ya oxşar sahədə ən azı 2 il iş təcrübəsi;
  • Windows/Linux server sistemləri üzrə biliklər;
  • Şəbəkə texnologiyaları (LAN/WAN, TCP/IP, VPN və s.) haqqında biliklər;
  • Virtualizasiya (VMware, Hyper-V) ilə işləmək bacarığı üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı, məsuliyyət və operativlik.
  • Dil bilikləri: Azərbaycan dili – Əla, Rus dili – yaxşı səviyyədə, İngilis dili - arzuolunandır;
  • Namizədlərdən “Sistem Administratoru” yazaraq CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya qeyd olunan linkə müraciət etmələri xahiş olunur.
  • Link - https://cv.management.az/vacancy/101
Back