Vacancies

Smeta mühəndisi

Azinvest İnşaat

Öhdəliklər:

• Layihələrin və iş həcmlərinin yoxlanılması, aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları Sifarişçi (və / və ya layihəçi) tərəfə yazılı şəkildə bildirmək;

• Layihələrin gələcəkdə icrası zamanı işlərin mövcud tikinti norma və qaydalarına, şərtnamələrə, tikintinin təşkilinə və mövcud naturaya əsasən icra edilmə mümkünlüyünün yoxlanılması;

• İş həcmləri olmadığı zaman layihə, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında iş həcmləri cədvəlinin tərtib edilməsi;

• İcra edilmiş, lakin iş həcmləri olmayan işlərin qiymətləndirilməsi məqsədi ilə naturaya əsasən ölçmə işlərinin aparılması;

• İşin icrası zamanı Sifarişçi və ya forsmajor hallardan dolayı müqavilədən kənarlaşmaların, Sifarişçinin tələbi üzrə layihə və smeta sənədlərində yaranan əlavə işlərin həcminin ölçülməsi, qiymətləndirilməsi;

• Layihə, smeta, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında ilkin material siyahısının çıxarılaraq qiymət təklifi alınması məqsədi ilə təchizat şöbəsinə təqdim edilməsi;

• İş həcmlərinin qiymətləndirilməsi üçün ilkin olaraq geoloji hesabatların, layihə yerinin (işin icrasında yarada biləcək çətinliklərin öyrənilməsi məqsədi ilə), müqavilə, spesifikasiya və digər texniki sənədlərin araşdırılması;

• Subpodrat təşkilatlardan təkliflərin alınması, təqdim edilmiş ehtimal olunan qiymətlərin yoxlanılması, müqayisəsi və təhlili;

• İş həcmlərinin cari qiymətlər əsasında qiymətləndirilməsi;

• Ehtiyac olduğu təqdirdə konkret işlərin qiymət formalaşmasının analizinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Smeta mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Back