Smetaçı
Tələb olunan bilik və bacarıqlar:
• İnşaat mühəndisliyi üzrə ali təhsil
• Müvafiq sahədə minimum 5 il təcrübə
• Tikinti smeta proqramlarında yüksək səviyyədə bilik
• Analitik düşüncə, detal yönümlülük və liderlik bacarıqları
• Tikinti normativləri və standartları üzrə məlumatlılıq
Əsas vəzifə öhdəlikləri:
• Mühəndis-smetaçı komandasının fəaliyyətinə peşəkar nəzarət
• Tikinti bazarındakı qiymət dəyişikliklərinin mütəmadi araşdırılması
• Memarlıq, konstruktor və santexnika layihələrinin iş həcminin və smeta dəyərinin hesablanması
• Tikinti və təmir işlərinin smetasının dəqiq şəkildə hazırlanması
• Layihədə nəzərdə tutulmayan əlavə işlərin həcminin çıxarılması və dəyərinin hesablanması
• Podratçı təşkilatlar tərəfindən görülmüş işlərin smeta dəyərlərinin yoxlanılması və təhlili
• Smeta proqramlarının təkmilləşdirilməsi və proseslərin optimallaşdırılması
Sizi nə gözləyir?
• Kompleks layihələrdə iştirak imkanı
• Peşəkar mühəndis komandası ilə əməkdaşlıq
• İnkişaf yönümlü şirkət mədəniyyəti
İş şəraiti
• İş Qrafiki: Həftə içi 6 gün | 09:00 – 18:00
• Əmək haqqı-1500-2000 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.