Vacancies
CC

Su təchizatı və kanalizasiya sistemləri üzrə usta

Capital Construction MMC

Responsibilities

  • Cəmiyətin  sənaye, ictimai və yaşayış obyektlərində su təchizatı, kanalizasiya və qazanxana sistemlərinin quraşdırılması, təmiri, sazlanması və profilaktik işlərini həyata keçirmək;
  • Su təchizatı, kanalizasiya və nasos sistemlərinin sxemlərinə və texniki çəkilişlərinə əsasən avadanlıqların quraşdırılması, sazlanması, montajı və cari təmirini yerinə yetirmək;
  • Quraşdırılmış sistemlərin hidravlik və funksional sınaqlarında iştirak etmək, nasazlıqları aşkarlamaq və aradan qaldırmaq;
  • Gündəlik işlərdə istifadə olunan materialların və alətlərin səliqəli istifadəsini və uçotunu təmin etmək;
  • İşlərin gedişatında əmək mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
  • Şöbə və briqada daxilində iş bölgüsünə əməl etmək və işçilərə praktiki dəstək göstərərək peşə bacarıqlarının artırılmasına kömək etmək;
  • Görülən işlər barədə bilavasitə rəhbərə məlumat vermək və hesabatların hazırlanmasına dəstək göstərmək;
  • Digər mühəndis bölmələri (elektrik, mexanika və s.) ilə qarşılıqlı əlaqəli və koordinasiyalı şəkildə işlərin icrasını təmin etmək.

Requirements

  • Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
  • Müvafiq sahə üzrə peşə təhsili üstünlükdür;
  • Müvafiq ixtisas sənədi, sertifikatının olması;
  • Su, kanalizasiya və istilik sistemlərini quraşdırmaq və təmir etmək bacarığı.
  • Məsuliyyətlilik və intizamlı iş yanaşması;
  • Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı.
  • İş şəraiti:
  • İş yeri: Zığ qəs.,
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Su təchizatı və kanalizasiya sistemləri üzrə usta” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Back
CC
Su təchizatı və kanalizasiya sistemləri üzrə usta
Capital Construction MMC
Apply Now
Posted: 30 July 2026
Deadline: 30 August 2026
Source ID 147245
Views 1

Detail.Share