Vacancies
GM

Vergilər üzrə menecer

Group Motors

Avtomobil sahəsində fəaliyyət göstərən şirkətimizə Vergilər üzrə menecervəzifəsi üzrə namizəd axtarılır.

Əsas vəzifə öhdəlikləri

• Vergi uçotunu qüvvədə olan qanunvericiliyə uyğun aparmaq.

• ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi, torpaq, əmlak, yol və digər vergi öhdəliklərini düzgün hesablamaq.

• Aylıq, rüblük və illik vergi bəyannamələrini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş müddətlərdə təqdim etmək.

• Vergi ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək.

• Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər vergi sənədlərinin düzgün tərtib edilməsinə nəzarət etmək.

• Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi məlumatlandırmaq.

• Vergi orqanlarından daxil olan məktub, sorğu və bildirişləri təhlil etmək, cavab layihələrini hazırlamaq.

• Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq və təqdim etmək.

• Xarici və daxili auditlər zamanı vergi uçotu ilə bağlı məlumatların təqdim edilməsini təmin etmək.

• Vergi risklərini müəyyən etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq.

• Müqavilələrin, maliyyə əməliyyatlarının və yeni biznes layihələrinin vergi aspektlərini qiymətləndirmək.

• Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət etmək.

• Vergi hesablaşmalarını  maliyyə uçotu məlumatları ilə mütəmadi uzlaşdırmaq.

• 1C və Navision ERP sistemlərində vergi uçotunun düzgün aparılmasına nəzarət etmək.

• Vergi uçotu üzrə daxili hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

• Öz tabeliyində olan əməkdaşların fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və komanda ruhunun formalaşdırılmasını təmin etmək.

• Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.

Requirements

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3–4 il iş təcrübəsi;
  • Ünsiyyətcil, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Vergi və mühasibat uçotunun aparılması üzrə bilik və təcrübəsinin olması
  • Vergi uçotu üzrə nəzərdə tutulmuş aylıq, rüblük və illik hesabatların hazırlanması
  • Mühasibatlıqla bağlı sənədlərin düzgün və vaxtında tərtibi
  • Aylıq və illik vergi hesabatlarının hazırlanması
  • Audit və yoxlamalar zamanı məlumatların təqdim edilməsi
  • Vergi və əmək qanunvericiliyini yaxşı bilməli
  • Vergi orqanından daxil olan məktubların cavablandırılması
  • 1C bilik və təcrübəsinin olması
  • Öz tabeçiliyində olan işçilərdə komanda ruhunun qorunması və onların inkişafına dəstək
  • PMS sertifikatı üstünlükdür
  • Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Vergilər üzrə menecer" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Back