Vacancies
OP

Xadimə

OpenOptix

Vəzifə və öhdəliklər

• Ofis, istehsalat və ümumi istifadə sahələrinin gündəlik təmizliyini təmin etmək.

• Döşəmələrin süpürülməsi, silinməsi və sanitar qaydalara uyğun saxlanılması.

• Sanitar qovşaqların (WC), mətbəxin və istirahət otaqlarının təmizlənməsi və dezinfeksiyası.

• Zibil qutularını boşaltmaq və tullantıları müəyyən olunmuş qaydada toplamaq.

• Təmizlik vasitələrinin və gigiyenik ləvazimatların (sabun, kağız dəsmal, tualet kağızı və s.) mövcudluğunu nəzarətdə saxlamaq və çatışmazlıqları bildirmək.

• Pəncərə, qapı, mebel və digər səthlərin mütəmadi olaraq təmizlənməsini təmin etmək.

• Təmizlik işlərini müəssisənin daxili qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək.

• İstifadə etdiyi təmizlik avadanlıqlarını və vasitələrini düzgün və təhlükəsiz şəkildə istifadə etmək.

• Rəhbərlik tərəfindən verilən digər təmizlik və təsərrüfat xarakterli tapşırıqları vaxtında icra etmək.

• Təmizlik zamanı müəssisənin əmlakına və avadanlıqlarına diqqətlə yanaşmaq, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.

Requirements

  • Təhsil: Minimum orta təhsil.
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il iş təcrübəsinə üstünlük verilir (təcrübəsiz namizədlərə də baxıla bilər).
  • Kompüter bilikləri: Tələb olunmur.
  • Dil bilikləri:
  • Azərbaycan dili – mütləq
  • Səriştələr:
  • Təmizlik və gigiyena qaydalarını bilmək.
  • Təmizlik avadanlıqları və vasitələrindən düzgün istifadə etmək bacarığı.
  • Məsuliyyətli və intizamlı olmaq.
  • Səliqəli və diqqətli işləmək.
  • Vaxtın səmərəli idarə olunması.
  • Komandada işləmək bacarığı.
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
  • Fiziki iş qabiliyyəti və çeviklik.
  • Dürüstlük, etibarlılıq və məxfilik prinsiplərinə riayət etmək.
  • İmkanlar və Əlavə Qeydlər
  • Könüllü tibbi sığorta
  • Karyera inkişafı və peşəkar təlim imkanları
  • Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı
  • İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak
  • Təşəbbüs və innovativ ideyalara dəstək
  • 5 günlük iş qrafiki (09:00–18:00)
  • İş yeri: istehsalat sahəsi
  • Cari vakansiyanın “adını” e-poçtun Mövzu/Subject bölməsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Back