Anbar Nəzarətçisi
İş yeri – Xırdalan şəhəri, anbar.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
• Orta ixtisas və ya orta təhsilli olması;
• Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
• Səlis azərbaycan dili bilikləri;
• Komandada işləmək bacarığı;
• Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
• Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
• Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
• Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
• Kamera nəzarət sistemləri üzrə ilkin bilik və ya təcrübə üstünlükdür;
• AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
• Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
• Əməkdaşların, qonaqların və ziyarətçilərin anbar ərazisinə giriş-çıxışına nəzarət etmək və qeydiyyatını aparmaq;
• Əməkdaşların, qonaqların və ziyarətçilərin giriş-çıxışı zamanı nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
• Giriş və çıxış zamanı şəxsi çanta, paket və digər əşyaların yoxlanılmasını həyata keçirmək;
• Şübhəli hallarda şəxslərin üst geyimlərinə və ciblərinə baxış keçirmək;
• Qonaqların anbar ərazisində təhlükəsiz və nizamlı şəkildə istiqamətləndirilməsini, zərurət yarandıqda isə müşayiət olunmasını təmin etmək;
• Anbar ərazisində yerləşən maddi dəyərlərin qorunmasını təmin etmək və daimi nəzarətdə saxlamaq;
• Gündəlik təhlükəsizlik jurnallarının qeydiyyatını aparmaq və növbə üzrə hesabatları hazırlamaq;
• Anbar ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
• Növbə təhvil-təslim zamanı məlumatların tam və dəqiq ötürülməsini təmin etmək;
• Aşkar edilmiş pozuntular, şübhəli və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
• Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
• Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
• Zərurət yarandıqda kamera nəzarət sistemləri vasitəsilə ərazinin monitorinqini həyata keçirmək və şübhəli halları izləmək;
• Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.
İş şəraiti:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş rejimi: Gecə növbəsi (1 gün iş, 2 gün istirahət);
• İş yeri – Xırdalan şəhəri,anbar;
• Əmək haqqı - 660 azn;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar Nəzarətçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.