Vacancies
MO

Büdcə və Hesabatlıq üzrə Aparıcı Mütəxəssis

Mars Overseas Baku

Təsvir

• Aylıq, rüblük və illik maliyyə və büdcə hesabatlarının hazırlanmasında iştirak etmək;

• Büdcə icrasına dair faktiki göstəriciləri plan göstəriciləri ilə müqayisə etmək və aşkar olunmuş kənarlaşmaları təhlil etmək;

• Mühasibat uçotu məlumatları əsasında analitik hesabatlar tərtib etmək;

• İllik büdcə layihəsinin hazırlanmasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə təkliflərini toplamaq və təhlil etmək;

• Daxili və xarici audit prosesləri zamanı zəruri məlumatları təqdim etmək və yoxlamalar nəticəsində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak etmək;

• Beynəlxalq maliyyə hesabatı standartları (IFRS) üzrə praktik biliklərə malik olmaq;

Requirements

  • Təhsil - Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi)
  • İş təcrübəsi - Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri - Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı
  • Kompüter bacarıqları - Microsoft Office proqramlarından peşəkar səviyyədə istifadə və mühasibat proqramlarında iş təcrübəsi.
  • Mühasibat uçotu və maliyyə sahəsi üzrə beynəlxalq peşəkar sertifikatlara (ACCA, CPA, CIMA) malik olmaq üstünlükdür
  • Səriştələr:
  • Məsuliyyətli, diqqətli və vaxtı səmərəli idarəetmə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı, hesabatların hazırlanması bacarığı;
  • Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı.
  • Nə təklif edirik:
  • Könüllü tibbi sığorta
  • Korporativ mobil nömrə
  • Peşəkar inkişaf və təlim imkanları
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back
MO
Büdcə və Hesabatlıq üzrə Aparıcı Mütəxəssis
Mars Overseas Baku
Apply Now
Posted: 13 August 2026
Deadline: 13 September 2026
Source ID 148433
Views 2

Detail.Share