NL
Dispetçer
Norm Logistics
Hazırda şirkətimizə Dispetçer vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, ev.7-ci km 1
Requirements
- Ali və ya orta texniki təhsil;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük.
- Vəzifə və Öhdəliklər:
- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbərliyə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Qaimə hesabatlarını office proqramlarında işləmək;
- Optimal marşrut xətlərinin hazırlanması və yüklərin doğru ünvana çatdırılmasını təmin etmək;
- Sürücülərdən alınan məlumatları məsul şəxsə məlumat vermək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
- Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılması;
- Sürücülərin maarifləndirilməsi üçün (nəqliyyatın daha səmərəli idarə edilməsi haqqında) təlim və tədrislərin təşkilini tələb etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.
- CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.