Vacancies
NC

Elektrik

Nur Collection

“Nur Collection”  MMC “Elektrik” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

• 6 günlük iş qrafiki (6-cı günü qısa iş günü)

• Nahar fasiləsi: 13:00 -  14:00

• Nahar şirkət tərəfindən təmin olunur

• Ünvan: Bakı-Sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

• İnzibati binanın daxilində və xaricində yerləşən bütün elektrik avadanlıqlarına və sərfiyyatına nəzarət edilməsi

• Yeni açılan mağazalarda elektrik sistemlərinin quraşdırılmasında iştirak və texniki nəzarət

• Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, elektrik avadanlıqlarında istismarı və enerji avadanlıqları və şəbəkələrindən istifadə qaydalarına əməl olunmasına nəzarət etməsi

• Mağazalarda elektrik sistemlərinin istismarı, diaqnostikası və təmiri

• Elektrik avadanlıqlarının, şəbəkələrin və sistemlərin düzgün və təhlükəsiz işləməsini təmin etmək.

• Elektrik xətlərinin, panellərin və digər qurğuların quraşdırılması, sazlanması və istismara verilməsi.

• Elektrik naqillərinin və kabel xətlərinin normativ tələblərə uyğun yoxlanılması

• Qısaqapanma, yüklənmə və digər risk faktorlarının aşkarlanması və aradan qaldırılması

• Elektrik təhlükəsizliyi qaydalarına uyğun olaraq profilaktik baxışların aparılması

• Aşkarlanmış nasazlıqların aradan qaldırılması və təmir işlərinin vaxtında yerinə yetirilməsi.

• Elektrik təchizatı sistemlərinin periodik olaraq texniki baxış və profilaktik xidmətlərinin aparılması.

• Elektrik avadanlıqlarının iş rejimlərinə uyğun işləməsinə nəzarət etmək.

• Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək.

• İş zamanı istifadə olunan elektrik alətlərinin və cihazlarının sazlığını qorumaq.

Requirements

  • Elektrik mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə orta ixtisas / ali təhsil
  • Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi (pərakəndə satış obyektlərində təcrübə üstünlükdür)
  • Elektrik qurğularının istismarı və təhlükəsizliyi üzrə biliklər
  • Elektrik təhlükəsizliyi üzrə sertifikat (üstünlükdür)
  • İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik
  • Diqqətlilik və texniki detallara həssas yanaşma
  • Komandada işləmək və məsuliyyətlili
  • Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Elektrik” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Back