Vacancies
GA

Filial Meneceri (Şəmkir şəhəri)

GL ASC

"GL" ASC (Sizin Lombard) Şəmkir şəhərində yerləşən filial üzrə Filial Meneceri vakansiyası elan edir!

Əsas vəzifə öhdəlikləri:

• Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;

• Kredit portfelinin keyfiyyətinə nəzarət və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;

• Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;

• Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;

• Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;

• Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofis ilə səmərəli əməkdaşlıq etmək.

Namizəddən tələblər:

• Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;;

• Ali təhsil;

• Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;

• Yaş həddi: 30–50 ;

• Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik.

İş şəraiti və təkliflər:

• İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

• Əməkhaqqı: Razılaşma yolu ilə

• Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus alma imkanı.

• Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri

• Qeyd: Filialın kateqoriyası qalxdıqca əməkhaqqı da mütənasib şəkildə artacaq.

Tələblərə cavab verən namizədlərdən “Filial Meneceri (Şəmkir)” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.

Back