Vacancies
PT

İT xidmətləri üzrə mütəxəssis

PASHA Technology

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” MMC  “İT xidmətləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

• İnsidentlərin idarə edilməsi üçün 1-ci səviyyəli yardımın göstərilməsi və son-istifadəçi avadanlıqları, periferiya qurğuları, proqram təminatı və tətbiqlərlə bağlı  son istifadəçi və müştərilərin sorğularının həyata keçirilməsi;

• Müvafiq bilet sistemində qeydə alınmış İT Dəstək Xidməti problemləri ilə bağlı daxil olan sorğulara nəzarət etmək və operativ cavab vermək;

• Təsdiq edilmiş proqram buraxılışlarına uyğun olaraq təkmilləşdirmələr və konfiqurasiya da daxil olmaqla, müştəri hesablama resursları saxlamaq;

• Təsdiq edilmiş proqram təminatı siyahısına, xüsusi təşkilati ehtiyaclara və biznes proseslərinə uyğun olaraq müştərilərin təşkilatlarına yeni istifadəçilərin daxil olmasına köməklik etmək;

• Aktivləri İdarəetmə sistemlərində bütün avadanlıqların, proqram təminatının, lisenziyaların və abunəliklərin davamlı olaraq yenilənməsi və ən son inventarının saxlanılması;

• Təlimatlara uyğun olaraq təsirin azaldılması və bərpa fəaliyyətlərinə köməklik göstərmək;

• NOC tərəfindən bağlanan əsas işlər üzrə İnsident Sonrası Təhlildə iştirak etmək;

• Ümumi şəbəkə problemlərini ayırmaq və diaqnostika etmək üçün şəbəkə problemlərini aşkar etmək;

• İdarə olunan xidmətlərlə bağlı texniki yardım üçün telefon və digər elektron vasitələrlə daxil olan sorğulara cavab vermək;

• İnsident idarəetməsi ilə bağlı sorğulara vaxtında (sənədləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilələr çərçivəsində) cavab vermək və onların yerinə yetirilməsini tələb etmək;

• Məlumatların daxili şəkildə və müştərilərə effektiv şəkildə ötürülməsi üçün  fəaliyyətləri “PAŞA Technology ticket system”-ində müvafiq sorğuları sənədləşdirmək;

• Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışı ilə bağlı ehtiyac və suallarına cavab vermək;

• Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik praktikalarına əməl etmək;

• Problemləri müstəqil həll etmək və eskalasiya prosedurlarını başa düşmək;

• Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;

• Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün tərəfdaşlarla müntəzəm rəsmi görüşlərdə iştirak etmək;

• Təkrarlanan insidentlərin, problemlərin və çatdırılmayan layihə mərhələlərinin xidmət şöbəsinin rəhbərinə/İnfrastruktur rəhbərinə məruzə edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

• Texniki sahədə ali təhsil.

• Mühəndislik və ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.

Təcrübə və bacarıqlar

• Texniki Dəstək və ya bənzər vəzifədə minimum 2 il təcrübə.

• İnsanlarla ünsiyyət qurmağa meylli, ünsiyyətcil.

• Baza şəbəkə diaqnostikası bacarıqları.

• Baza Linux CLI bacarıqları.

• Baza Windows Əməliyyat Sistemi bacarıqları.

• Məşğul komandada yaxşı işləmək, tez öyrənmək və bir çox məsələlərin öhdəsindən gəlmək bacarığı.

• Güclü analitik bacarıqlar və müxtəlif mənbələrdən məlumat toplama və şərh etmə bacarığı.

• Qüsurları qiymətləndirmək, prioritetləşdirmək, müvafiq olaraq cavab vermək və ya eskalasiya etmək bacarığı.

•  Biliyini artırmaq və özünü inkişaf etdirmək təşəbbüsü.

• Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq.

• Əməliyyat keyfiyyətini dəstəkləmək.

• Təşkilat daxilində həmkarlar və təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini dəstəkləmək.

Kompüter Bilikləri

• Microsoft Windows OS, MAC OS, Linux (üstünlük kimi) əməliyyat sistemlərində işləmə bacarığı.

• MS Office proqramları and Microsoft Bulud məhsulları və abunəlikləri illə işləmə bacarığı.

• Data Mərkəz mühitində və Tier standartları barədə biliklər üstünlükdür.

• Bulud modelləri və Bulud məlumat təhlükəsizliyi barədə biliklər üstünlükdür.

Dil bilikləri:

• Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Back