Keyfiyyət təminatı üzrə Mütəxəssis
Meqa Həyat Sığorta” ASC Proqramlaşdırma şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
• Veb və mobil tətbiqlərin funksional testlərinin həyata keçirilməsi;
• Biznes və texniki tələblərin təhlil edilməsi;
• Test plan, test case, checklist və test ssenarilərinin hazırlanması;
• Aşkarlanmış xətaların ətraflı şəkildə qeydiyyata alınması və izlənilməsi;
• API və verilənlər bazası səviyyəsində yoxlamaların aparılması;
• Regression, smoke, integration, end-to-end və user acceptance testlərinin icrası;
• Logların təhlil edilməsi və texniki problemlərin araşdırılması;
• Buraxılışlardan əvvəl məhsulun keyfiyyətinin qiymətləndirilməsi;
• Developer, Business Analyst, Product Owner və digər komanda üzvləri ilə əməkdaşlıq;
• Test və keyfiyyət təminatı proseslərinin təkmilləşdirilməsində aktiv iştirak;
• Komanda daxilində bilik və təcrübənin paylaşılması.
Namizədlərə olan tələblər:
• QA sahəsində minimum 2 il iş təcrübəsi;
• Manual Testing üzrə güclü nəzəri və praktiki biliklər;
• Test plan, test case, checklist və bug report hazırlanması təcrübəsi;
• API Testing və Postman ilə işləmək bacarığı;
• SQL sorğularının yazılması və məlumatların yoxlanılması təcrübəsi;
• SDLC, STLC və Agile/Scrum prosesləri üzrə yaxşı biliklər;
• Jira, Confluence və ya oxşar alətlərlə iş təcrübəsi;
• Regression, integration, smoke və end-to-end testing təcrübəsi;
• Logların təhlili və texniki problemlərin araşdırılması bacarığı;
• Avtomatlaşdırılmış testlər üzrə bilik və ya təcrübə üstünlükdür;
• Sığorta, bank və ya maliyyə sektorunda iş təcrübəsi üstünlükdür;
• Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
• Məsuliyyətlilik, təşəbbüskarlıq və detallara diqqət;
• Komandada işləmək və fikirlərini aydın ifadə etmək bacarığı.
Əmək şəraitinin şərtləri:
• Əmək haqqı – namizədin bilik, təcrübə və peşəkar səriştəsinə uyğun olaraq müəyyən edilir.
• İş qrafiki – həftənin 5 iş günü, saat 09:00–18:00.
• Könüllü tibbi sığorta.
• Korporativ Həyat Sığortası
Maraqlanan namizədlərdən CV-lərini e-poçtun mövzu hissəsində "Kiçik mütəxəssis – Keyfiyyət təminatı üzrə" qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq və növbəti seçim mərhələsinə dəvət olunacaqlar.