Marketing Manager
Falcon X komandası Marketing Manager axtarır!
Marketinq, sosial media və kontent sahəsində təcrübəlisənsə, kreativ prosesləri idarə etməyi və ideyaları reallaşdırmağı sevirsənsə, komandamıza qoşula bilərsən.
Əsas vəzifələr:
• Sosial media və marketinq fəaliyyətlərinin planlanması və idarə olunması
• Kreativ ideya və kampaniyaların hazırlanması
• Foto və video çəkilişlərin təşkili və çəkiliş prosesinin idarə olunması
• Dizayner, fotoqraf, videoqraf və digər kreativ komanda üzvləri ilə işin koordinasiyası
• Sosial media trendlərinin və rəqiblərin fəaliyyətinin izlənilməsi
• Kontentlərin vaxtında hazırlanmasına və paylaşılmasına nəzarət
• Marketinq kampaniyalarının nəticələrinin izlənilməsi və analiz edilməsi
Namizəddən gözləntilər:
• Marketinq və sosial media sahəsində iş təcrübəsi
• Kreativ düşüncə və güclü təşkilatçılıq bacarığı
• Çəkiliş və kontent istehsalı proseslərini idarə etmək bacarığı
• Sosial media platformaları və trendləri haqqında yaxşı bilik
• Eyni anda bir neçə işi koordinasiya etmək bacarığı
• Məsuliyyətli, operativ və detallara diqqətli olmaq
İş şəraiti
• İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00
• Əməkhaqqı: 850 AZN (+ bonus)
Müraciət üçün CV və varsa portfolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.