Vacancies
VM

Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi

Veysəloğlu MMC

Funksiya: İnsan Kapitalı və Təşkilatı İnkişaf Direktorluğu/Keyfiyyəti İdarəetmə Departamenti/Məhsulların Qəbulu, Saxlanması və Utilizasiyasına Nəzarət Bölməsi

Əsas vəzifə öhdəlikləri:

• Məhsulların qəbulundan utilizasiyasınadək bütün mərhələlərdə keyfiyyət və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarəti həyata keçirmək;

• Məhsulların qəbulu, saxlanılması, daşınması və utilizasiyası proseslərinin daxili prosedurların, qida təhlükəsizliyi standartlarının və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;

• Saxlanma şəraitinin, temperatur rejimlərinin, mal qonşuluğu qaydalarının, izlənəbilərlik sisteminin və yararlılıq müddətlərinin mütəmadi monitorinqini aparmaq;

• Uyğunsuzluqları vaxtında müəyyən etmək, riskləri qiymətləndirmək, kök səbəbləri təhlil etmək və preventiv və korrektiv tədbirlərin icrasını təmin etmək;

• Məhsulların utilizasiya prosesinin müəyyən edilmiş prosedurlara və normativ tələblərə uyğun icrasına nəzarət etmək;

• Keyfiyyət və qida təhlükəsizliyi üzrə monitorinq, audit və yoxlamalarda iştirak etmək, aşkar edilmiş uyğunsuzluqlar üzrə tədbirlər planının hazırlanmasına və icrasına dəstək göstərmək;

• Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri üzrə hesabatlar hazırlamaq, təhlillər aparmaq və rəhbərliyə təqdim etmək;

• Müvafiq struktur bölmələri ilə effektiv əməkdaşlıq edərək qida təhlükəsizliyi və keyfiyyət tələblərinin fasiləsiz icrasını təmin etmək

Vəzifə tələbləri:

• Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Kimya, Biologiya və ya digər uyğun ixtisaslar üzrə təhsil üstünlük hesab olunur);

• Qida istehsalı, logistika, anbar təsərrüfatı, keyfiyyətə nəzarət və ya qida təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;

• ISO 9001:2015, ISO 22000:2018, HACCP prinsipləri, HALAL və digər yerli, regional və beynəlxalq qida təhlükəsizliyi standartları üzrə biliklərə və onların praktik tətbiqi bacarığına malik olmaq;

• Azərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericilik aktları və normativ sənədləri üzrə baza biliklərinə malik olmaq;

• MS Office proqramlarından (xüsusilə Excel, Word və Outlook) sərbəst istifadə etmək, SAP və ya digər ERP sistemləri ilə işləmək bacarığına malik olmaq;

• Diqqətlilik, məsuliyyətlilik və yüksək icra intizamına malik olmaq;Analitik düşünmə, müşahidə və təhlil etmə bacarığı;

• Komandada işləmək, effektiv ünsiyyət qurmaq və müxtəlif struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək bacarığı;

• Azərbaycan dilini sərbəst bilmək; rus və ingilis dillərini orta səviyyədə bilmək üstünlük hesab olunur.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

İş qrafiki: Həftənin 5 günü saat 08:30-dan 17:30-dək

İş yeri: Bakı şəhəri

Təminatlar:

• Servis xidməti

• Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Back
VM
Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi
Veysəloğlu MMC
Apply Now
Posted: 27 July 2026
Deadline: 27 August 2026
Source ID 146905
Views 1

Detail.Share