Vacancies
QN

Mühasib (anbar sahəsi üzrə)

Qaya Nəqliyyat

İş şəraiti

• Şəhər: Bakı

• İş yeri Binəqədi ərazisində yerləşir: DSK yolu

• İşçi Azərbaycan Respublikasının qanunvericiliynə əsasən işə götürülür

• Nahar şirkət tərəfindən təmin olunur.

• İş rejimi: 6 günlük;

• İstirahət günü: Bazar günü

• Əmək haqqı: 1500 - 2500 AZN

İş barədə məlumat:

• Anbara daxil olan ehtiyat hissələrinin qəbul edilməsi, sənədlərə uyğunluğunu yoxlamaq və uçotunun aparılması;

• Ehtiyat hissələrinin düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək;

• Servis şöbəsindən daxil olan sifarişlərin vaxtında hazırlanmasını təşkil etmək;

• Malların anbar proqramına daxil edilməsi;

• Gündəlik giriş-çıxış əməliyyatlarının uçotunun aparılması;

• Stok qalıqlarına gündəlik nəzarət etmək; Stokda azalan malların sifarişini təmin etmək;

• Minimum ehtiyat səviyyələrini izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;

• Ehtiyat hissələri üzrə aylıq hesabatlar hazırlamaq

• Stokları izləmək və sayım aparmaq

• Anbar qalıqlarının yoxlanılması və inventarizasiyada iştirak;

• Sənədlərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;

• Təchizatçılarla üzləşmələrin aparılmas, EHF-da gələn malların düzgünlüyünün yoxlanması,

• EHF əsasında təchizatçılara ödənişlərin təmin edilməsi.

Namizədən tələblər:

• Təhsil: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;

• Mühasibatlıq sahəsində  iş təcrübəsi;

• LogiX, Excel proqramlarında yüksək səviyyədə istifadə basarığı;

• Yaş: 30-55

• Cinsi: kişi

Əlaqədar şəxs: Nazimə xanım - Əlaqə: 0512067667

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Back