Problemli kreditlər üzrə mütəxəssis
High Finance MMC komandamıza problemli kreditlər üzrə mütəxəssis axtarırıq!
Əgər dinamik, məsuliyyətli və enerjili birisənsə, həmçinin maliyyə sahəsində karyera qurmaq istəyirsənsə, bu vakansiya sənin üçündür.
İş şəraiti:
• İş yeri: Bakı
• İş rejimi: Tam iş günü
Əsas tələblər:
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Rus dili biliyi üstünlükdür
• Analitik düşüncə və məsuliyyətlilik
• Stressə davamlılıq və effektiv ünsiyyət bacarığı
Vəzifələr:
• Gecikmiş kredit portfelinin idarə olunması
• Müştərilərlə telefon və yazılı formada əlaqə saxlanılması
• Borcun qaytarılması üçün effektiv həll yollarının təklifi
• Məlumatların sistemə düzgün və vaxtında daxil edilməsi
İş rejimi:
• Həftədə 5 iş günü
• İş saatları: 10:00 – 19:00
Əməkhaqqı:
• Fix əməkhaqqı: 400 AZN (gross)
• Bonus: 500 – 1500 AZN
Təklif edirik:
• Peşəkar və mehriban kollektiv
• Karyera yüksəlişi və inkişaf imkanları
• Maliyyə və bank sahəsində real təcrübə qazanmaq imkanı
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.