Reception (qeydiyyatçı)
Əsas tələblər:
• Təhsil dərəcəsi: Orta
• Komputer bilikləri: MS Office (Word- Excel- Outlook-ElektraWeb) arzu olunandır
• Azərbaycan və ingilis dili bilikləri sərbəst, rus dili orta səviyyədə olması arzuolunandır
• Minimum təcrübə: müvafiq sahə üzrə ən az 6 ay -1 il;
• Müstəqil və komanda ilə işləmə bacarıqları
• Xanım və bəy namizəd tələb olunur
Fərdi keyfiyyət göstəriciləri:
• Ünsiyyətlilik;
• Müştəriyönümlülük
• Məsuliyyətlilik;
• Satış bacarıqlarının olması;
• Komandada işləmək bacarığı;
• Səlis nitq gülərüz təqdimat və ünsiyyət bacarığı
İş barədə məlumat:
• Mehmanxana və şirkətin qaydalarına uyğun olaraq bütün otaq rezervasiyalarının qəbulu və həyata keçirilməsinə nəzarət etmək;
• Doğru otaq kateqoriyasının satışı vasitəsilə mehmanxana haqqında ümumi məlumat verməklə və upselling üsullarından istifadə etməklə otaq rezervasiyaları və ya rezervasiyaların ləğvi ilə bağlı tələbləri qəbul və təsdiq etmək;
• Otaq qiymətləri və mehmanxanada boş otaqların mövcudluğu barədə qonaqlara ətraflı məlumat vermək;
• Fərdi və qrup şəklində olan rezervasiyaların, otaqların rezervasiya siyahılarının, gözləmə siyahılarının və digər rezervasiyaların hazırlanmasına kömək etmək;
• Bütün daxil olan zəngləri mehmanxananın telefon standartlarına uyğun şəkildə dərhal, yüksək məharət və nəzakətlə qəbul etmək;
Əlavə məlumat:
• Əmək haqqı: 500-600 AZN
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Qidalanma və forma şirkət tərəfindən qarşılanması
• Ünvan: Nizami küç.77 (Tarqovu) Grand Midway Hotel
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.