Vacancies
PL

Senior / Middle .NET Developer (GitHub Copilot təcrübəsi ilə)

Prosys LLC

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat (Full-time)

Müasir texnologiyalar, AI-assisted development və innovativ layihələrdə iştirak etmək istəyirsiniz?

PROSYS MMC komandası olaraq GitHub Copilot və digər AI alətləri ilə effektiv işləyə bilən Senior / Middle .NET Developer axtarırıq!

Namizədə olan tələblər:

• C# və .NET Core üzrə praktiki təcrübə

• GitHub Copilot və ya digər AI alətləri ilə işləmə və prompt yazma bacarığı

• HTML, CSS, Bootstrap, Angular, TypeScript, JavaScript, Ajax, jQuery bilikləri

• REST API və SOAP servislərlə iş təcrübəsi

• Git ilə işləmə bacarığı

• Microservices arxitekturası üzrə təcrübə

• Docker və Kubernetes bilikləri

• OOP prinsiplərini yaxşı mənimsəmək

• Ümumi alqoritm qurma və analitik düşüncə bacarığı

• Agile Software Development prinsipləri ilə iş təcrübəsi

• Problem həll etmə və sərbəst araşdırma qabiliyyəti

• Komanda ilə işləmə bacarığı

• Güclü ünsiyyət bacarığı

• Diqqətlilik, məsuliyyət və düzgünlük

• Ali təhsil

• Texniki ingilis dili biliyi üstünlükdür

• Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı 🇦🇿

İş barədə məlumat:

• .NET Core istifadə edərək tətbiqlərin hazırlanması və inkişafı

• GitHub Copilot ilə development prosesinin optimallaşdırılması

• AI tərəfindən generasiya olunan kodların analiz və təkmilləşdirilməsi

• Clean Code və Best Practice standartlarına uyğun development

• REST API-lərin hazırlanması və inteqrasiyası

• Unit və Integration testlərin yazılması

• Mövcud sistemlərin refaktorinqi və optimizasiyası

• Sprint tapşırıqlarının vaxtında və keyfiyyətli icrası

• Yeni proqram təminatlarının hazırlanması və inkişaf etdirilməsi

• Texniki dəstək və proqram təminatlarının test edilməsi

• Yeni hesabatların hazırlanması

İş şəraiti:

• İş vaxtı: Həftənin 5 günü (09:00 – 18:00)

• İstirahət günləri: Şənbə və bazar

• Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək

• Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı

• Müasir və dəstəkləyici iş mühiti

Uyğun namizədlər mövzu hissəsində “Senior / Middle .NET Developer (GitHub Copilot təcrübəsi ilə)”  qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

AI və müasir development yanaşmaları ilə gələcəyin proqram təminatlarını birlikdə yaradaq!

Back
PL
Senior / Middle .NET Developer (GitHub Copilot təcrübəsi ilə)
Prosys LLC
Apply Now
Posted: 19 August 2026
Deadline: 19 September 2026
Company Prosys LLC
Source ID 148919
Views 3

Detail.Share