Sürücü (Refrijerator, Yük avtomobili)
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
• Müvafiq vəzifədə 5 ildən az olmayaraq iş təcrübəsi;
• Refrijerator və ya yük avtomobillərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
• BC kateqoriyalı sürücülük vəsiqəsi;
• Yol hərəkəti qaydalarını və yükdaşınma prinsiplərini yaxşı səviyyədə bilməsi;
• Şəhərdaxili marşrutları yaxşı tanımaq və təhlükəsiz sürücülük bacarıqlarına malik olmaq;
• Komandada işləmək bacarığı;
• Diqqətli, məsuliyyətli, intizamlı və operativ olmaq;
• AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
• Mal-materialları qaimələr əsasında anbardan qəbul etmək, say və çeşidini yoxlamaq, uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
• Malların avtomobilə düzgün və təhlükəsiz yüklənməsinə və daşınma zamanı zədələnməsinin qarşısının alınmasına nəzarət etmək;
• Gündüz və ya gecə reysləri üzrə refrijerator nəqliyyat vasitəsi ilə malların mərkəzi anbardan restoranlara müəyyən edilmiş marşrut üzrə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək;
• Dondurulmuş, soyudulmuş və quru qida məhsullarının temperatur rejiminə uyğun şəkildə təhlükəsiz daşınmasını təmin etmək;
• Çatdırılma qrafikinə və marşrut planına riayət etmək, gecikmə və ya digər fövqəladə hallar baş verdikdə dərhal rəhbərliyə məlumat vermək;
• Malları restoranlarda qaimələr əsasında məsul şəxslərə təhvil vermək və müşayiətedici sənədləri düzgün rəsmiləşdirmək;
• Nəqliyyat vasitəsinin texniki sazlığını, təmizliyini və refrijerator avadanlığının işlək vəziyyətdə olmasını təmin etmək;
• Şirkətə məxsus nəqliyyat vasitəsinin, daşınan mal-materialların və digər əmlakın qorunmasına məsuliyyətlə yanaşmaq;
• Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və şirkətin daxili intizam qaydalarına riayət etmək;
• Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• 6 günlük iş rejimi;
• Anbar – Xırdalan şəhəri;
• Əmək haqqı - 630 Azn, 6 ay sonra artım.
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Sürücü (Refrijerator, Yük avtomobili)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.