Anbardar
AAC MMC komandamıza məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Anbardar axtarırıq.
Əsas vəzifə öhdəlikləri
• Növbə ərzində istehsalatdan çıxan hazır məhsulların qəbulunu həyata keçirmək və müvafiq aktları tərtib etmək;
• Qəbul edilmiş məhsulların düzgün şəkildə stoklanmasını təşkil etmək və baş anbardarı məlumatlandırmaq;
• Sifarişlərə uyğun hazır məhsulların yüklənməsini təşkil etmək;
• Yüklənən məhsulların adı, miqdarı və sifarişə uyğunluğunu yoxlamaq;
• Növbə ərzində görülən işlər və məhsul hərəkəti üzrə qeydiyyat aparmaq;
• Növbə sonunda anbar üzrə təhvil-təslim prosesini həyata keçirmək;
• İstehsalat növbə rəisi ilə birlikdə təhvil-təslim aktını hazırlamaq və baş anbardara təqdim etmək;
• Avtokar operatorlarının fəaliyyətinə nəzarət etmək;
• Hazır məhsul, xammal və mal-materialların düzgün yerləşdirilməsini, qorunmasını və saxlanmasını təmin etmək;
• Anbar sahəsindən səmərəli istifadəni təmin etmək;
• Anbarda təhlükəsizlik, intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Требования
- Cins: Kişi
- Yaş həddi: 25–40 yaş
- Anbar sahəsində ən azı 1 il iş təcrübəsi;
- MS Office (Excell, Word,Uyumsoft) kompüter proqramlarını bilmək;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Rus dili biliyi arzuolunandır.
- İş şəraiti
- İş yeri: Səngəçal
- İş rejimi: Növbəli iş rejimi, o cümlədən gecə növbəsi
- Əmək haqqı: 700–800 AZN
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
- Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- E-mail mövzu hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur.