Вакансии

Anbardar (istehsalat sahəsi üzrə)

Uğur İndustry MMC

“UĞUR İNDUSTRY” MMC Anbardar (istehsalat sahəsi üzrə) vakansiyası elan edir: Anbardar (istehsalat sahəsi üzrə)

İş yeri: Xırdalan şəhəri

Требования

  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;
  • Əsas vəzifə öhdəlikləri:
  • Anbar əməliyyatlarına dair uçot və hesabatların aparılmasının təmin edilməsi;
  • Bütün xammal, hazır məhsul, mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında mövcud olmasının təmin edilməsi, istisnalar barədə dərhal mühasibatlığın məlumatlandırılması;
  • Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal-materialların təyin edilməsi və onlar barədə müvafiq izahatların mühasibatlığa təqdim edilməsi;
  • Hazır məhsul, xammal, mal-materialın qəbulu və anbardan buraxılmasının təşkil edilməsi;
  • Hazır məhsul anbar fəaliyyəti ilə əlaqədar mədaxil, məxaric və yerdəyişmə əməliyyatları ilə bağlı sənədlərin tərtibatı, arxivləşdirilməsi;
  • Tərəziyə daxil olan gündəlik giriş-çıxışlara nəzarət edilməsi, zavoda daxil olan xammalların tərəzi ilə yoxlanılması;
  • Anbardar köməkçiləri və avtokar operatorlarının fəaliyyətinin koordinasiya edilməsi;
  • Yüklənmək üçün zavoda daxil olan nəqliyyat vasitələrinin qəbul edilməsi və yüklənmiş nəqliyyat vasitələrinin sənədlərinin hazırlanmasının təmin ediməsi;
  • Aylıq hazır məhsul, xammal və tərəzi hesabatlarının hazırlanmasının təmin edilməsi;
  • Gündəlik satış məlumatları hesabatlarının hazırlanmasının təmin edilməsi;
  • Düzgün stoklanmaya nəzarət edilməsi və Anbar sahəsindən səmərəli istifadə edilməsi;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
  • Təminatlar:
  • Nahar ilə təmin edilir.
  • Korporativ nömrə ilə təmin edilir;
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən);
  • Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
  • Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Anbardar (istehsalat sahəsi üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Назад
Anbardar (istehsalat sahəsi üzrə)
Uğur İndustry MMC
Откликнуться
Опубликовано: 31 июля 2026
Дедлайн: 31 августа 2026
Компания Uğur İndustry MMC
ID источника 147314
Просмотры 1

Detail.Share