BR
Anderraytinq departamenti / Aqro və mikro kreditlərinin təhlili şöbəsinə baş mütəxəssis
Bank Respublika ASC
Təsvir
• Filiallardan daxil olan Aqro və mikro kreditləri üzrə təklifləri operativ şəkildə təhlil etmək və çevik, əsaslandırılmış qərarlar verərək təklifləri kredit komitəsinə hazırlamaq;
• Kredit analizləri üçün təhlil formalarının təkmilləşdirilməsi və qərarların avtomatlaşdırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak etmək;
• Verilmiş kreditlərin keyfiyyətini qiymətləndirmək və gecikmə portfelini mütəmadi olaraq nəzarətdə saxlamaq;
• Aqro və mikro kreditlərində riskli məqamların araşdırılması, ehtiyac olduğu halda nəzarət baxışı (supervision) və davamlı monitorinqlərin aparılması.
Требования
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Bankda kredit sahəsi üzrə minimum 3 il iş təcrübəsi (AMD kreditləri üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;
- MS Office (Word,Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.