Вакансии

Aparıcı Mühasib

Akabe İnşaat

İşin təsviri

• Alqı-satqı və xidmət müqavilələrinin hazırlanması;

• Əlavə dəyər vergisinin (ƏDV) hesablanması, tərtibi və ödənilməsi;

• Köhnə və yeni dövr üzrə əvəzləşmələrin aparılması;

• Mənfəət bəyannaməsinin hazırlanması prosesində iştirak etmək;

• Rəhbərliyə aylıq hesabatların təqdim edilməsi (P&L, Balance Sheet);

• Statistika hesabatlarının hazırlanması və göndərilməsi;

• Təhvil-təslim aktlarının hazırlanması;

• Qiymətin razılaşdırma protokolunun hazırlanması;

• Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması;

• Bank vasitəsilə onlayn ödənişlərin həyata keçirilməsi;

• Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin hazırlanması (Vahid bəyannamə);

• Ödəmə mənbəyində tutulan vergilərin (ÖMV) hesablanması, tərtibi və ödənilməsi;

• Aylıq əmək haqqının hesablanması;

• Məzuniyyət və son haqq-hesabın hesablanması;

• Debitor və kreditor borclarının uçotu və nəzarəti.

İş şəraiti

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;

• İstirahət günləri: Şənbə – Bazar;

• Əmək haqqı: 1000–1500 AZN;

• İş yeri: Bakı şəhəri, Nəcəf Nərimanov 4.

Требования

  • Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 (üç) il;
  • Proqram bilikləri: 1C və MS Excel proqramlarını yaxşı səviyyədə bilmək;
  • Qeyd: MS Excel biliyi mütləq yoxlanılacaq;
  • Aktiv və çalışqan olmaq, komanda ilə işləmək bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik;
  • Vergi Məcəlləsi və mühasibat uçotu sahəsində biliklər;
  • Səlis Azərbaycan dili biliyi;
  • Rus dili biliyi arzuolunandır.
  • Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Subject/Mövzu: “Aparıcı Mühasib”
  • Əlaqə: (+994) 55-229-55-07
  • Qeyd: Namizədlərdən xahiş olunur ki, vakansiyanın tələbləri ilə diqqətlə tanış olduqdan sonra CV-lərini qeyd olunan ünvana göndərsinlər.
  • Peşəkar komandamıza qoşulmaq üçün müraciətinizi gözləyirik!
Назад
Aparıcı Mühasib
Akabe İnşaat
Откликнуться
Опубликовано: 21 августа 2026
Дедлайн: 21 сентября 2026
Компания Akabe İnşaat
ID источника 149076
Просмотры 3

Detail.Share