PR
Baş mühasib
PROES
Должностные обязанности
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
- Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək;
- Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək.
Требования
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir);
- Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi, əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə praktiki biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
- Təsərrüfat əməliyyatlarının, ödənişlərin, müqavilələrin və sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət edilməsi;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsinin təmin edilməsi;
- Debitor və kreditor borclarına, pul vəsaitlərinin hərəkətinə və kredit əməliyyatlarına nəzarət edilməsi;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması və işçilərlə hesablaşmalara nəzarət edilməsi;
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşdırılmasının təşkili;
- Audit proseslərinin koordinasiyası, dövlət qurumları ilə yazışmaların aparılması və yoxlamalar zamanı şirkətin maraqlarının təmsil olunması;
- Maliyyə nəticələrinin təhlili, daxili nəzarət prosedurlarının təkmilləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim edilməsi;
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
- Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək bacarığı;
- Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
- Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
- Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
- Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.
- Digər şərtlər:
- Əmək haqqı: 2000-2500 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);
- İş qrafiki 5 günlük, 09.00-18.00;
- Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q
- Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını Baş mühasib (xanım) yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.